22:03 02 Dekabr 2016
Canlı yayım
C-300

Rusiya İrana C-300 raketini qısa zamanda çatdırmağı planlaşdırır

bastion-karpenko.narod.ru
XƏBƏRLƏR
Qısa URL
4 0 0

Rusiya prezidentinin köməkçisi: İran raket kompleksini mümkün qədər tez əldə etmək istəyir

BAKI, 3 iyun-Sputnik. Rusiya İrana C-300 raket komplekslərini çatdırmağa hazırlaşır. Sputnik xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin hərbi-texniki məsələlər üzrə köməkçisi Vladimir Kojin Bloomberg-ə  müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya C-300 raket komplekslərini İrana çatdırmağa hazırdır və 2016-cı ilin əvvəlində bu prosesə başlaya bilərlər.

Kojin onu da əlavə edib ki, Rusiya İran üçün nəzərdə tutulan C-300 raket kompleksinin müəyyən hissələrini modernləşdirməyi nəzərdə tutur. Bu, iki ölkə arasında imzalanan müqavilə sənədində öz əksini tapıb: “Sənəddə həm qiymət, həm də modernləşdirmə məsələsi var. İranlılar raket kompleksini mümkün qədər tez bir zamanda əldə etmək istəyir və biz də öz növbəmizdə bu prosesi sürətləndirməyə çalışırıq.”

Kojin deyib ki, hazırda  raket kompleksinin İrana çatdırılması üçün  yeni hüquqi müqavilələr üzərində iş gedir.

“İran üçün nəzərdə tutulan C-300 raket kompleksinin müəyyən hissələri başqa bir müştəriyə satılıb. Raket kompleksinin Rusiyada qalan hissələri isə ciddi modernləşdirməyə məruz qalıb” – deyə Rusiya prezidentinin köməkçisi bildirib.


Teqlər:
İran

Əsas mövzular