23:16 09 Dekabr 2016
Canlı yayım
Almatı şəhəri

Neft qiymətləri Almatının Olimpiada keçirmək şanslarını sıfra endirir

today.kz
XƏBƏRLƏR
Qısa URL
7 0 0

Neft hasilatının zəif artımı və bu xammalın qiymətinin aşağı olması Qazaxıstanın Almatı şəhərinin 2022-ci ildə Qış Olimpiadasına ev sahibliyi etməsi məsələsini çətinləşdirir.

BAKI, 3 iyun — Sputnik. Neft hasilatının zəif artımı və bu xammalın qiymətinin aşağı olması Qazaxıstanın Almatı şəhərinin 2022-ci ildə Qış Olimpiadasına ev sahibliyi etməsi məsələsini çətinləşdirir. 

Bu barədə Beynəlxalq Olimpiya Komitəsi nin Almatı barədə hesabataında deyilir.  Hesabatda bildirilir ki, sözügedən amillər ölkənin iqtisadi yüksəlişini ləngidə bilər. 

Coface sığorta şirkətinin təhlilinə əsasən, Qazaxıstan büdcəsinin 50%-ni neft gəlirləri təşkil edir. 

BOK-un hesabatına əsasən, Almatının ekoloji cəhətdən də problemləri var və bu çətinliklər iştirakçılara mənfi təsir edə bilərlər.

2022-ci il Qış Olimpiadasının sahibi bu il iyulun 31-də Malayziyanın Kuala-Lumpur şəhərində  keçiriləcək BOK-un 128-ci sessiyasında müəyyən olunacaq. 

Almatının bu mübarizədə rəqiblərindən biri Çinin paytaxtı Pekindir. 


Əsas mövzular