14:33 07 Dekabr 2016
Canlı yayım
Con Makkeyn

Amerikalı senator Con Makkeyn Sputnik-ə FIFA-dan danışdı

imenno.ru
XƏBƏRLƏR
Qısa URL
2110

Sputnik-ə açıqlama verən amerikalı senator Con Makkeyn, Blatterin istefasına sevindiyini deyib.

BAKI, 3 iyun – Sputnik. Amerika Birləşmiş Ştatlarında yayımlanan ABC telekanalı və İndependent qəzeti dünən istefa verən FIFA prezidenti Zepp Blatter barəsində şok iddia ortaya atıb. Məlumatda ABŞ Federal Təhqiqatlar bürosunun (FBR) Blatteri rüşvət əməliyyatında şübhəlilər siyahısına daxil etdiyi bildirilir.

 “İstefa etsəm günahkar olduğumu qəbul etmiş kimi olaram” deyərək namizədliyini verən və 5-ci dəfə quruma rəhbər seçilən Zepp Blatterin dünənki ani istefası şübhələri artırıb. 

Sputnik-ə açıqlama verən amerikalı senator Con Makkeyn, Blatterin istefasına sevindiyini deyib.

“Vəzifədən getdiyinə sevinirəm. Amma bu, FIFA-da hər şeyin düzəldiyi anlamına gəlmir” — deyə Makkeyn əlavə edib. 

Blatteri 5-ci dəfə seçildikdən sonra ilk təbrik edən Rusiya idman naziri Vitali Mutko məlum istefadan sonra açıqlama yayıb.

“Zepp Blatter FIFA-dakı narazılıqları, fikir ayrılıqlarını aradan qaldırmaq üçün istefa verdi. Bu qərar qurumdakı islahatların davamını daha da sürətləndirəcək” deyə açıqlamada qeyd olunub. 

İstefa ilə bağlı ən maraqlı bəyənatı Polşa Futbol Federasiyasının prezidenti Zbiqniev Boniek verib. Boniek “Şok oldum. Qorxuram, bu qərarın arxasında böyük oyunlar oynanılır. Bu hələ xaosun başlanğıcıdır” — deyib. 

Beynəlxalq Futbol Federasiyası Birliyi olan FIFA özünə yeni rəhbər təyin etmək üçün təcili toplanacaq. Yeni prezident seçilənədək Zepp Blatter vəzifəsinə davam edəcək.

 

 

Teqlər:
FIFA, Con Makkeyn, ABŞ

Əsas mövzular