23:53 06 Dekabr 2016
Canlı yayım
Bakı 2015 Avropa Oyunları

Bakı-2015: Bolqarıstan yığması Bakıya gəlib

static.bnr.bg
XƏBƏRLƏR
Qısa URL
14 0 0

Birinci Avropa Oyunlarında iştirak edəcək boks üzrə Bolqarıstan milli komandası artıq Bakıya gəlib.

BAKI, 3 iyun — Sputnik. Birinci Avropa Oyunlarında iştirak edəcək boks üzrə Bolqarıstan milli komandası artıq Bakıya gəlib.

Sputnik Apasport.az saytına istinadən bildiri ki, şərqi avropalılar məşqçilər Palmi Rançev və Mixail Tankovun rəhbərliyi altında paytaxtımızda 9 boksçu ilə məşq keçirlər.

81 kq çəki dərəcəsində mübarizə aparan Radoslav Panteleyev apreldə Bakıda keçirilən “Böyük İpək Yolu” turnirində 1-ci yerə layiq görülüb. Tinko Banabakov da (49 kq) həmin yarışda mükafatçılar sırasına daxil olub. O, yalnız finalda rusiyalı Bator Saqaluyevə uduzaraq, 2-ci yerə layiq görülüb.

Banabakov “Cristal Hall”da keçirilən yarışda milli komandamızın üzvü Salman Əlizadədən də üstün olmuşdu. 69 kq çəki dərəcəsində çıxış edən Simeon Çamov da komandanın təcrübəli üzvlərindəndi. O, hələ 2009-cu ildə Milanda keçirilən dünya çempionatında iştirak edib. 

49 kq. Tinko Banabakov 

52 kq. Daniel Asenov 

56 kq. Stefan İvanov 

60 kq. Elian Dimitrov 

64 kq. Ayrin İsmetov 

69 kq. Simeon Çamov 

81 kq. Radoslav Pantaleyev 

91 kq. Kristiyan Dimitrov 

+91 kq. Petr Belberov

Teqlər:
Bakı

Əsas mövzular