17:40 03 Dekabr 2016
Canlı yayım
İŞİD

İŞİD Türkiyə sərhədində

vz.ru
XƏBƏRLƏR
Qısa URL
2310

ABŞ hərbçiləri Ankaraya yollanırlar.

BAKI, 3 iyun – Sputnik. İŞİD terror qruplaşmasının Suriyanın Türkiyə ilə sərhəddəki 4 qəsəbə və 1 kəndi ələ keçirməsi Ankara və Vaşinqtonu hərəkətə keçirib. 

New York Times qəzetinin məlumatına görə, Amerika Birləşmiş Ştatları yüksək rütbəli hərbçilərini təcili toplantı üçün Ankaraya göndərmək qərarına gəlib. 

Xəbərdə, İŞİD-in Türkiyə sərhəddinə yaxınlaşmasının NATO-nu ciddi narahat etdiyi bildirilir. Çünki Türkiyə alyansın üzvüdür və terrorçuların bu ölkənin sərhəddinə doğru irəliləməsi NATO sərhəddinə yaxınlaşması deməkdir.

Bu arada, Azad Suriya ordusu və əl-Nusra cəbhəsi itirilən qəsəbə və kəndləri İŞİD-dən geri almaq üçün birgə əməliyyata başlayıblar.

Tel-Abyad bölgəsində də ağır döyüşlər getdiyi bildirilir. Qəsəbəni terrorçulardan geri almaq üçün kürd silahlı birləşmələri, yerli ərəb qəbilələri ilə birlikdə hücuma keçiblər. Onlara ABŞ rəhbərliyindəki koalisiya qüvvələri də havadan dəstək verirlər. 


Əlaqədar

Səfir: Qərb İŞİD-dan alət kimi istifadə edir
NATO: İŞİD-lə mübarizə uzun illər davam edəcək
Rusiya XİN: İŞİD koalisiyadan daha mütəşəkkildir
Ramadinin İŞİD-dən geri alinması əməliyyatı başlanılıb
Teqlər:
Suriya

Əsas mövzular