14:31 07 Dekabr 2016
Canlı yayım
Bakı Heydər Əliyev prospekti

Bakının mərkəzi küçələri bağlanır

meydaninfo.com
XƏBƏRLƏR
Qısa URL
23 0 0

Bakının mərkəzi küçələrində hərəkət tamamilə məhdudlaşdırılacaq.

BAKI, 3 iyun — Sputnik. Bakının mərkəzi küçələrində hərəkət  tamamilə məhdudlaşdırılacaq.

Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən (NİİM) Sputnik-ə verilən məlumatda bildirlir ki, iyunun 6-da Birinci Avropa Oyunları ilə əlaqədar olaraq paytax Bakının bəzi prospekt və küçələrində hərəkət tamamilə məhdudlaşdırılacaq.

Belə ki, iyunun 6-da saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Bundan əlavə olaraq Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

NİİM-dən bildirlib ki, yollarda hərəkətin məhdudlaşdırılması  12 iyunda başlanacaq Bakı-2015 Avropa Oyunlarından öncə həmin gün Olimpiya Stadionunda keçiriləcək sınaq tədbiri ilə əlaqədardır.

Əlaqədar

Sabah Bakıda əsas küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
“Bakı-2015” nəqliyyatın ilk Avropa Oyunlarına hazırlığını sınaqdan keçirəcək

Əsas mövzular