14:30 07 Dekabr 2016
Canlı yayım
Cümhuriyyət qəzetinin baş redaktoru Can Dündar

Ərdoğan baş redaktoru məhkəməyə verdi

bugun.com.tr
XƏBƏRLƏR
Qısa URL
4 0 0

Cümhuriyyət qəzetinin baş redaktoru Can Dündar dövlət sirrini yaymaqda günahlandırılır.

BAKI, 2 iyun – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tanınmış telejurnalist və Cümhuriyyət qəzetinin baş redaktoru Can Dündarı məhkəməyə verib.

Can Dündar qəzetdə Milli İstihbarat Təşkilatının (MİT) TIR-larının gizli surətdə başqa ölkəyə silah daşıması ilə bağlı eksklüziv xəbər yaydığına görə prezidentin qəzəbinə tuş gəlib. 

Türkiyənin digər tanınmış jurnalisti Mirgün Cabas isə öz xarakterinə sadiq qalaraq Can Dündarın əleyhinə danışan və onu casusluqda günahlandıran vəkili cəzalandırıb. 

CNN Türk kanalının canlı yayınında məsələni şərh edən vəkil Cüneyt Toramanın MİT TIR-larıyla bağlı xəbərin dövlət sirrinin yayılması olduğu və ölkənin təhlükəsizliyinə xələl gətirdiyi barədə sözləri Mirgün Cabası özündən çıxarıb və o, vəkilin sözünü yarımçıq kəsərək efiri dayandırıb.

Türkiyənin bir çox jurnalisti və oxucular Can Dündara dəstək məktubları yollayıblar.

Əlaqədar

Ərdoğan: azərbaycanlı qardaşlarımıza xəyanət edirlər
Ərdoğan üçün bəstələnən mahnıya qadağa qoyuldu
Ərdoğan: Mənə görə Misirin prezidenti Sisi deyil, Mursidir

Əsas mövzular