12:01 11 Dekabr 2016
Canlı yayım
Baş nazirin müavini Əli Əhmədov

Əli Əhmədov: Azərbaycan idman tarixinə adını yazacaq

© AZƏRTAC.
XƏBƏRLƏR
Qısa URL
4 0 0

Baş nazirin müavininin fikrincə, Azərbaycan elə bir səviyyəyə çatıb ki, ona kimsə öz iradəsini zorla qəbul etdirə bilməz.

BAKI, 2 iyun — Sputnik. Azərbaycan Avropanın idman tarixinə öz adını yazacaq. 

Sputnik xəbər verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov deyib.

“İlk Avropa Oyunları yüksək səviyyədə keçəcək və hesab edirəm ki, Avropanın tarixinə də məhz bu yazılacaq”, — deyə Əhmədov vurğulayıb.

Avropa parlamentinin iyunun 10-da  Azərbaycanla bağlı planlaşdırdığı dinləmələrə toxunan Əhmədov buna təəssüfləndiyini qeyd edib: “Müzakirələrdə hər hansı qətnamə qəbul olunacaqsa belə, güman edirəm ki, bunun Azərbaycana təsiri olmayacaq. Bu addımlar sadəcə bizim münasibətlərimizə, Azərbaycanla Avropa İttifaqı, Azərbaycanla Avropa Parlamenti arasında münasibətlərə təsir edə bilər. Biz dünyaya, Avropa İttifaqına inteqrasiya etməyə hazır olan ölkə olduğumuzu dəfələrlə sübut etmişik, bu istiqamətdə bəyanat vermişik.

Amma kimsə bizə nəyisə zorla qəbul etdirmək istəyirsə, bu, düzgün siyasət deyil. Azərbaycan indi elə bir səviyyəyə çatıb ki, ona kimsə öz iradəsini zorla qəbul etdirə bilməz. Bu sıraya mötəbər təşkilatlar da daxildir", — deyə Əhmədov vurğulayıb. 

Baş nazirin müavininin fikrincə, “Azərbaycanın inkişafından qısqanclıq keçirən, bunu görmək istəməyən qüvvələr var”. 

“Çox təəssüf hissi ilə deyirəm ki, Avropanın mötəbər qurumları həmin qüvvələrin təsiri altında hərəkət edir", — deyə Əhmədov vurğulayıb.

O bildirib ki, Avroparlamentin qəbul etdiyi qətnamə elə kağız üzərində qalacaq: “Çünki belə hallar əvvəllər də olub. Azərbaycanda keçirilən "Eurovision" ərəfəsində də bunu etmişdilər, ancaq Azərbaycanın bu müsabiqəni keçirməsinə heç bir təsir göstərə bilmədi".  

Əsas mövzular