23:53 06 Dekabr 2016
Canlı yayım
Sergey Polonski

Rusiyalı biznesmeni psixiatrik ekspertizaya göndəriblər

globallookpress.com
XƏBƏRLƏR
Qısa URL
4 0 0

Kambocadan deportasiya edilən Sergey Polonski istintaqa ifadə verməkdən imtina edir.

BAKI, 1 iyun – Sputnik. Rusiyalı biznesmen Sergey Polonskini Psixoloji-psixiatrik Məhkəmə Tibbi Ekspertizasına göndəriblər. 

Sputnik xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmisi Yelena Alekseyeva açıqlama verib. Onun sözlərinə görə, mütəxəssislər iş adamındakı dəyişikliklərin səbəbini, həmçinin məcburi tibbi müalicə tələb edən hər hansı xəsətəliyinin olub-olmadığını yoxlayacaqlar. Yoxlama V.P.Serebrovski adına Moskva Psixiatriya və Narkologiya Mərkəzində keçirəcək.

Bir qədər əvvəl bildirilmişdi ki, biznesmenin tibbi ekspertizasını istintaq tələb edib. Təqsirləndirilən şəxs hələ ki, hal şahidi kimi ifadə verməkdən imtina edir.

Mayın 17-də Polonski miqrasiya qanunvericiliyini pozduğuna görə Kambocadan deportasiya edilib. O, Rusiyada irimiqyaslı fırıldaqlarda günahlandırılır. İstintaq materiallarına görə, iş adamı “Rublevskaya Rivyera” və “Kutuzovskaya milya” elit yaşayış komplekslərinin sahiblərindən 8 milyard rubldan çox pul oğurlayıb. 

Sergey Polonskinin Kamboca Krallığından Rusiyaya deportasiya olunması iki ölkə arasındakı münasibətlərə müsbət təsir edib. Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Moskvada kambocalı həmkarı So Kxenqanı qəbul edib. Görüşdə Polonski tərəfdarlarının, həmçinin hazırda kxmerlərin həbsxanasında saxlanılan Flint adlı itinin də deportasiya edilməsi məsələsi müzakirə edilib.

İki ölkənin diplomatik missiya rəhbərlərinin mart ayında keçirilən görüşündən sonra qaçaq milyarderin ekstradisiya məsələsində heç bir dəyişiklik olmamışdı. Ancaq Kamboca polisinin rəhbərliyində baş verən dəyişiklikdən sonra Polonski və dostlarının saxlanılması üçün xüsusi əməliyyat keçirilib və onlar tutularaq Rusiyaya təhvil verilib. 


Əsas mövzular