11:53 11 Dekabr 2016
Canlı yayım
Эльмар Мамедъяров

Nazir: İşğal olunmuş torpaqlara əcnəbi vətəndaşlar yerləşdirilir

apa.az
XƏBƏRLƏR
Qısa URL
4 0 0

İşğal olunmuş Azərbaycan torpaqlarına Suriya və Livan vətəndaşları yerləşdirilir.

BAKI, 2 iyun — Sputnik. İşğal olunmuş Azərbaycan torpaqlarına Suriya və Livan vətəndaşları yerləşdirilir.

Sputnik xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya mətbuatına müsahibəsində deyib.

“Ermənistan tərəfinin Suriya və Livandan olan qaçqınları Azərbaycan torpaqlarına yerləşdirmə cəhdi davam edir və rəsmi İrəvanın xoşməramlı olmayan  bu addımı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinə mənfi təsir göstərir”, — deyə Məmmədyarov bildirib.

Onun sözlərinə görə, beynəlxalq hüququn normalarını kobud surətdə pozan Ermənistan Silahli qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarında hərbi təlimlər keçir və bu təlimlərdə Ermənistanın yüksək vəzifəli nümayəndələri iştirak edir.

Nazir deyib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan öz qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmalıdır. 

O eyni zamanda bildirib ki, ATƏT MQ həmsədrləri münaqişənin “ölü nöqtədən” tərpənməsi və irəliləyişə nail olunması üçün Ermənistan tərəfinə Böyük sülh sazişi üzərində işə başlamaqla bağlı çağırış etsələr də, bu çağırışlar rəsmi İrəvan tərəfindən əks-reaksiya ilə qarşılanıb və rədd cavabı verilib: “Baxmayaraq ki, Azərbaycan tərəfi dəfələrlə sülh sazişi üzərində işləməyə hazır olduğunu bəyan edib. Ona görə də hesab edirik ki, Qarabağ məsələsində proqressə nail olmaq üçün ATƏT MQ həmsədrləri Ermənistana təzyiq edib, onu sülhə vadar etməlidir. Bu gün beynəlxalq aləmdə beynəlxalq hüquq normalarını pozanalara qarşı belə taktikanən seçilməsi ilə bağlı misallar çoxdur.”


Əsas mövzular