18:39 10 Dekabr 2016
Canlı yayım
Arizona məscidində aksiya

Arizonadakı məsciddən dünyaya mesaj göndərildi

in-cyprus.com
XƏBƏRLƏR
Qısa URL
8 0 0

ABŞ-ın Arizona ştatındakı məscidlərdən birində “Biz birlikdə güclüyük, sevgiyə hə, nifrətə yox” adlı mərasim təşkil olunub.

BAKI, 2 iyun – Sputnik. Son vaxtlar Qərb ölkələrində sürətlə yayılan İslam əleyhinə irqçi aksiyalara cavab olaraq ABŞ-ın Arizona ştatındakı məscidlərdən birində “Biz birlikdə güclüyük, sevgiyə hə, nifrətə yox” adlı mərasim təşkil olunub.

Yerli amerikalılarla müsəlmanlar birlikdə dünyaya örnək ola biləcək mesajlar veriblər.

Yüzlərlə insanın iştirak etdiyi tədbirdə duyğulu anlar yaşanıb. Eyni vaxtda məscidin həyətində anti-islam nümayişləri keçirən radikal millətçilərə qarşı bəzi amerikalılar müsəlmanları müdafiə ediblər. Onlar “rədd olsun faşistlər” şüarını səsləndiriblər.  

İrqçı qruplar isə İslam dini və Məhəmməd peyğəmbər əleyhinə xoşagəlməz ifadələr işlədərək məscidə girməyə çalışıblar. Polisin müdaxiləsilə onlar ərazidən uzaqlaşdırılıb.

200-ə yaxın yerli sakin müsəlmanlarla həmrəy olduqlarını nümayiş etdirmək üçün məscidə gül dəstələri gətiriblər.


Əsas mövzular