17:40 03 Dekabr 2016
Canlı yayım
İlham Əliyev

İlham Əliyev: neft qaz amilindən asılılıq azalmalıdır

© AZƏRTAC.
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Azərbaycan iqtisadiyyatı son 10 ildə 300%-dən artıq inkişaf edib və qarşıya qoyulan bütün layihələr icra olunub.

BAKI, 2 iyun — Sputnik. Azərbaycan iqtisadiyyatı son 10 ildə 300%-dən artıq inkişaf edib və qarşıya qoyulan bütün layihələr icra olunub.

Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıda təşkil olunan 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgisinin açılışında çıxışı zamanı qeyd edib. 

“Baxmayaraq ki. Neftin qiyməti enib, Azərbaycan iqtisadiyyatı isə inkişaf edib. 2015-ci ilin ilk 5 ayında ölkə iqtisadiyyatı 5,3% artıb. Qeyri-neft sektoru 7% inkişaf edib”, deyə o bildirib.

Prezident həmçinin vurğulayıb ki, hazırda qarşıda duran əsas vəzifə, iqtisadiyyatın neft və qazdan asılılığını azaltmaqdır: “Azərbaycan iqtisadiyyatını şaxələndirməklə neft və qaz amilindən asılılıq azalmalıdır. Şaxələndirmə prosesi davam edir və nəticədə ÜDM-də neftin payı 30% təşkil edir”.

Ölkə rəhbəri konfransın əhəmiyyətindən də bəhs edib.

“Azərbaycan neft və qaz sərgisindən istifadə edərək öz potensialını dünyaya təqdim edir. İlk konfrans 1994-cü ildə keçirilib. Aradan keçən bu müddət ərzində ölkəmiz böyük təcrübə əldə edib və inkişafa nail olub. İqtisadiyyatın şaxələndirilməsi ilə investisiyalar cəlb olunur. Bu müddət ərzində Azərbaycan özünü etibarlı tərəfdaş kimi təqdim edib. Sərmayə qoyuluşu üçün hər cür şərait yaradılıb və investorların təhlükəsizliyini dövlət özü qoruyur”.

Əlaqədar

Riçard Morninqstar: “Türk axını” layihəsinin TANAP və “Şahdəniz-2” layihələrinə təsiri olmayacaq
Azərbaycan Cənub qaz dəhlizinin reallaşmasında liderlik rolunu oynayır
SOCAR: "Cənub Qaz Dəhlizi” siyasi layihə deyil
"Cənub" qaz dəhlizi bu gün Avropada ən böyük infrastruktur layihəsidir

Əsas mövzular