06:13 11 Dekabr 2016
Canlı yayım
Gemi

Çində içində 457 nəfərin olduğu gəmi batıb

kp.ua
XƏBƏRLƏR
Qısa URL
Çində gəmi batması (6)
12 0 0

Gəminin kapitanı və baş mühəndisi “Şərq ulduzu”nun qasırğaya düşdüyünü bildiriblər

BAKI, 2 iyun — Sputnik. Çinin şərqində Yantsızı çayında göyərtəsində 457 nəfərin olduğu gəmi qəzaya uğrayıb.

Sputnik  RİA Novosti-yə istinadən xəbər verir ki, “Şərq Ulduzu” adlı çay gəmisi Hubey əyalətində batıb.

Gəminin Nankin-Çuntsin marşrutu ilə hərəkət etdiyi bildirilir.

Hadisə yerində xilasedici tədbirlər davam etdirilir.

Çinin baş naziri Li Keqiang “Şərq ulduzu” gəmisinin qəzaya uğradığı əraziyə yollanıb.

Çin Xalq Respublikasının rəhbəri Si Tszinpin bütün səyləri qəzaya uğramış gəminin sərnişinləri və ekipaj üzvlərinin xilasına yönəltmək barədə göstəriş verib.

Nankin şəhərindən Çuntsinə yollanan gəmi yerli vaxtla saat 21:28-də Xubey əyalətində batıb. Gəminin göyərtəsində 405 sərnişin, 47 ekipaj üzvü və 5 turizm agentliyinin əməkdaşı olub. Gəminin kapitanı və baş mühəndisi “Şərq ulduzu”nun qasırğaya düşdüyünü bildiriblər.

Son məlumatlara görə, hələlik 8 nəfər xilas edilib. Kəskin hava şəraiti, güclü külək və yağış xilasedicilərin işini çətinləşdirir.


Mövzu:
Çində gəmi batması (6)
Teqlər:
Çin

Əsas mövzular