18:34 10 Dekabr 2016
Canlı yayım
Ərdoğan

Türkiyə prezidenti müxalifət liderlərini təhqir edib

iha.com.tr
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Ərdoğan MHP liderinə "alçaq, namərd, böhtançı", CHP liderinə isə "tualet təmizləyən" deyib

BAKI, 1 iyun — Sputnik. Türkiyənin Ərzrum şəhərində keçirilən mitinqdə çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan müxalifət lidelərinə qarşı sərt ifadələr işlədib. Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının "Prezident İmralıyla (PKK lideri Abdullah Öcalanın saxlandığı həbsxana-r.) görüşdü” ifadəsini işlətdiyini vurğulayan Ərdoğan "Əgər dediklərini sübut edə bilməsən, alçaqsan, namərdsən, böhtançısan" deyib. 

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun "Prezident sarayında qızıl tualet çanağı var “ iddiasına isə Türkiyə prezidenti belə şərh verib: "Prezident iqamətgahındakı tualetlərin çanaqları qızıldanmış. Bu gün ona məktub göndərərək bildirdim ki, bu sözünü sübut etməyə borclusan. Qoy gəlib sübut eləsin. Onun katibliyindənsə belə bir cavab gəlib: qanunsuz tikilən sarayı əvvəlcə qanuniləşdir. Prokurorluq buranın qanunsuz olmadığını açıqlayıb.Amma bunların hüquqdan başı çıxmır. Bu cavabı yazan adam savadsızın biridir. Bunlar axırda elə edəcəklər ki, mən "Ey Kılıçdaroğlu, sən nə vaxt prezident sarayının təmizlik işlərini gördün ki, burada qızıl suyundan tualet çanaqlarının olduğunu öyrəndin" deyəcəm. Bu adamın zatı xarabdır. Zatı xarab olanın vay halına"


Teqlər:
Mitinq, Türkiyə

Əsas mövzular