23:17 09 Dekabr 2016
Canlı yayım
Avariya

Bacılar qəzada həyatlarını itirdilər

fhn.gov.az
XƏBƏRLƏR
Qısa URL
36 0 0

Salyanda baş verən ağır yol qəzasında ikisi bacı olmaqla üç nəfər vəfat edib

BAKI, 1 iyun — Sputnik. Ələt-Astara yolunun 35-ci kilometrliyində Salyan rayonu ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Sputnik xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı yayıb. 

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1961-ci il təvəllüdlü Əliyev Sakit Davud oğlunun, 1994-cü il təvəllüdlü Sadıqova Xədicə Vüqar qızının və 1995-ci il təvəllüdlü Sadıqova Səbinə Vüqar qızının cəsədlərini çıxararaq aidiyyəti orqanlara təhvil veriblər. Əməliyyat saat 15:17-də başa çatıb.

Əsas mövzular