10:01 08 Dekabr 2016
Canlı yayım
NATO-Azerbaijan relations

NATO-Azərbaycan əməkdaşlığı mövzusunda tədbir keçirildi

report.az
XƏBƏRLƏR
Qısa URL
13 0 0

Rumıniyanın Azərbaycandakı səfirliyi NATO-nun Azərbaycanda rezident-əlaqələndiricisi vəzifəsi çərçivəsində “NATO-Azərbaycan tərəfdaşlığının hazırki vəziyyəti və perspektivlər” başlıqlı dəyirmi masa keçirib.

BAKI, 1 iyun – Sputnik. Bu gün, iyunun 1-də Rumıniyanın Azərbaycandakı səfirliyi NATO-nun Azərbaycanda rezident-əlaqələndiricisi vəzifəsi çərçivəsində “NATO-Azərbaycan tərəfdaşlığının hazırki vəziyyəti və perspektivlər” başlıqlı dəyirmi masa keçirib.

Bu barədə Sputnik-ə səfirlikdən məlumat verilib.

Tədbirdə səfirlər, hərbi attaşelər, NATO-nun Cənubi Qafqaz ofisinin nümayəndələri iştirak edib.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu çıxışında qeyd edib ki, səfirliyin Naxçıvan (20 aprel 2015), Şamaxı (1 may 2015), Şəmkir (6 may 2015), Mingəçevir (7 may 2015), Bərdə (8 may 2015) və Qubada (25 may 2015) təşkil etdiyi görüşlər regionlarda NATO barədə xəbərlərin yayılmasına və gənc nəslin NATO siyasəti və dəyərləri haqda məlumatlı olmasına xidmət edir. 

Səfir Prezident Administrasiyası, Xarici işlər nazirliyi, NATO-nun Azərbaycandakı Beynəlxalq Məktəbi və yerli universitetlərlə əməkdaşlığı yüksək qiymətləndirib. 

Rumıniya səfirliyi gənc nəslin nümayəndələrini NATO-nun fəaliyyəti ilə bağlı məlumatlandırmaq üçün iyun ayının 2-də Bakıda seminar təşkil edəcək. 

Cənab Ciobanu bildirib ki, NATO-Azərbaycan əməkdaşlığı strateji əhəmiyyətə malikdir və uğurla inkişaf edir. Rumıniya Azərbaycanın Şimali Atlantika alyansı ilə əməkdaşlığını və onun Avro-Atlantik Tərəfdaşlıq Şurasında rolunu yüksək qiymətləndirir. Bakı NATO-nun güclü və etibarlı tərəfdaşıdır. Rumıniya əmindir ki, NATO-Azərbaycan əlaqələri qarşıdakı illərdə daha da güclənəcək.

NATO-nun Cənubi Qafqaz üzrə Əlqaləndirici Zabit ofisinin təmsilçisi Jiri Preslik NATO-nun Azərbaycanla bağlı  siyasətindəki son nailiyyətlərlə bağlı məlumat verib. 

Dəyirmi masada iştirak edən digər şəxslər də NATO-Azərbaycan münasibətlərini müsbət dəyərləndirib.


Əlaqədar

NATO: İŞİD-lə mübarizə uzun illər davam edəcək
Azərbaycan NATO PA-nın seminarında iştirakdan imtina etdi
NATO-da Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr aparılacaq

Əsas mövzular