14:32 07 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Səfir: Azərbaycanda rus diasporu üçün əlverişli şərait yaradılıb

XƏBƏRLƏR
Qısa URL
9 0 0

Azərbaycanda yaşayan rusların cəmiyyətlərinin konfransı keçirilib.

BAKI, 1 iyun — Sputnik. Azərbaycanda rus diaspor təşkilatlarının fəaliyyəti üçün əlverişli şərait yaradılıb. 

Sputnik xəbər verir ki, bu fikri bu gün Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanda yaşayan rusların cəmiyyətlərinin konfransındakı çıxışı zamanı bildirib.

“Xaricdə yaşayan soydaşlarımızla iş Rusiya xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycanda bu işin dövlət səviyyəsində başa düşülərək dəstəklənməsi bizim üçün çox vacibdir. Soydaşlarımızın təşkilatlarının fəaliyyəti üçün burada əlverişli şərait yaradılıb", — deyə rusiyalı diplomat bildirib. 

Azərbaycanda rus dili və rus mədəniyyətinə münasibətin yaxşı olduğunu qeyd edən Doroxin deyib ki, bunun  bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin Bakıda İ.M.Seçenov adına Tibb Universitetinin filialının açılması ilə bağlı son qərarını göstərmək olar.

Keçirilən konfransın da Böyük Vətən müharibəsi üzərindəki Qələbənin 70 illik yubileyinə həsr olunduğunu vurğulayan səfir  deyib ki, ən mühüm məsələ ondadır ki, Azərbaycan və Rusiya bu hadisələri eyni cür qiymətləndirir: “Tarix bizi ayırmır, əksinə, birləşdirir. Bütün bunlar hazırda dünyada baş verən II Dünya müharibəsinin nəticələrinə yenidən baxılması, Sovet İttifaqının faşizm üzərindəki qələbədə həlledici rolunun inkar edilməsi, faşistləri qəhrəman kimi qələmə verilməsi və neo-nasist ideologiyasının dirçəlməsi fonunda baş verdiyi üçün bizə daha qiymətlidir."

Səfir maliyyə problemlərinə baxmayaraq, Rusiyanın xaricdə yaşayan ruslara maliyyə dəstəyi göstərməkdə davam etdiyini vurğulayıb. 

Əlaqədar

Rusiya Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyir
Deputat: Rusiya nüfuz qazanmaq üçün Qarabağın həllinə yardım etməlidir
Jerar Depardye: Rusiya uğrunda ölməyə hazıram
Rusiya XİN: İŞİD koalisiyadan daha mütəşəkkildir
Rusiya-Azərbaycan parlamentlərarası komissiyasının iclası keçirilir

Əsas mövzular