10:01 08 Dekabr 2016
Canlı yayım
Dini qurumlarla iş üzrə Dövlət Komitəsi

Qeyri-islam dini icmalarına 380 min manat maliyyə vəsaiti ayrılıb

axar.az
XƏBƏRLƏR
Qısa URL
10 0 0

19 qeyri-islam dini icmasına 380 min manat maliyyə vəsaiti ayrılıb və həmin vəsait ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək.

BAKI, 1 iyun — Sputnik. 19 qeyri-islam dini icmasına 380 min manat maliyyə vəsaiti ayrılıb və həmin vəsait ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək.

Sputnik xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK)  sədri Mübariz Qurbanlı bu gün rəhbərlik etdiyi qurumda maliyyə yardımı ayrılmış qeyri-islam dini icmalarının sədrlərinin iştirakı ilə keçirdiyi toplantıda deyib.

Komitə sədri bildirib ki, 2011-ci ildən dövlət tərəfindən qeyri-islam dini icmalarına maliyyə yardımı ayrılmağa başlayıb. Həmin icmaların ölkəmizdə fəal və səmərəli fəaliyyət göstərdiyini, Azərbaycanın maraqlarını müdafiə etdiklərini təqdirəlayiq hal kimi dəyərləndirən Komitə sədri dövlətin dini icmalara dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. Qurbanlı qeyd edib ki, 19 qeyri-islam dini icmasına 380 min manat maliyyə vəsaiti ayrılıb və həmin vəsait ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək.

Azərbaycanda dövlət-din münasibətlərindən danışan komitə sədri bildirib ki, Respublika prezidenti və Heydər Əliyev Fondu ölkəmizdə tolerantlığın və multikulturalizmin inkişafı istiqamətində böyük işlər görür, məscid, ziyarətgah, eləcə də kilsə və sinaqoqlar əsaslı təmir və bərpa olunur.

Eyni zamanda, Qurbanlı bildirib ki, ölkəmizdə tarixən də dini ayrı-seçkiliyə yol verilməyib və Azərbaycanda hökm sürən tolerantlıq dünyaya nümunə kimi göstərilə bilər. Azərbaycanın həyatında din özünəməxsus yer tutur və ölkəmizdə ictimai-siyasi və dini sabitlik hökm sürür. 

Radikalizmlə mübarizədə bütün dini icmaları fəal olmağa çağıran DQİDK sədri icma sədrlərinə fəaliyyətlərində dini maarifləndirmənin genişləndirilməsinin vacibliyini tövsiyə edib.

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.

Əsas mövzular