23:13 09 Dekabr 2016
Canlı yayım
Asan Xidməti_Yasamal şöbəsi

«ASAN xidmət» bölgələrdə səyyar xidmətə başlayıb

sputnik.az
XƏBƏRLƏR
Qısa URL
2301

1–15 iyun 2015-ci il tarixində Səyyar ASAN xidmət Balakən, Qəbələ, Kürdəmir rayonlarında əhaliyə xidmətlər göstərəcək.

BAKI, 1 iyun — Sputnik. “ASAN xidmət” pespublikanın bölgələrində səyyar xidmətə başlayıb. 

«ASAN xidmət»-dən Sputnik-ə verilən məlumatda bildirilir ki, qurum mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təminedilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlərgöstərir. 

1–15 iyun 2015-ci il tarixində Səyyar ASAN xidmət Balakən, Qəbələ, Kürdəmir rayonlarında əhaliyə xidmətlər göstərəcək.

Belə, ki:

Balakən, Zaqatala, Qax rayonlarının sakinləri Balakəndə;

Qəbələ, İsmayıllı rayonlarının sakinləri Qəbələdə; 

Kürdəmir, Hacıqabul rayonlarının sakinləri isə Kürdəmirdə Səyyar ASAN xidmətdən yararlana biləcəklər.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Cari ilin sonuna kimi Səyyar ASAN xidmət bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.

Əsas mövzular