11:57 11 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Serbiya vizasız gediş-gəliş təklif edir

XƏBƏRLƏR
Qısa URL
11 0 0

Təklifi ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç səsləndirib.

BAKI, 1 iyun — Sputnik. Serbiya Azərbaycan vətəndaşları üçün vizasız gediş-gəliş təklif edir. 

Bu barədə jurnalistlərə ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçlə görüşdən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

O, təklifin Azərbaycan tərəfindən müsbət qarşılandığını bildirib. 

Məmmədyarovun sözlərinə görə, tərəflər bu məsələ ilə bağlı müəyyən nəticəyə gələ biləcəklər. 

"Azərbaycan və Serbiya strateji tərəfdaşdırlar" deyə nazir əlavə edib.

Məmmədyarov həmçinin görüşdə ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin müzakirə olunduğunu bildirib.

Əsas mövzular