09:57 08 Dekabr 2016
Canlı yayım
Şokoladlar

Narkotik "şokolad konfetlərinin" ölkəyə keçirilməsinin qarşısı alınıb

© AZƏRTAC.
XƏBƏRLƏR
Qısa URL
8 0 0

Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları şokolad konfetləri adı altında narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.

BAKI, 1 iyun — Sputnik. Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları şokolad konfetləri adı altında narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.

Komitənin mətbuat xidmətindən bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda İrandan Azərbaycana piyada gələn İİR vətəndaşı Radmanesh Karkaj Soleyman Mohammadın əl yüklərinə gömrük baxışı keçirilib.

Baxış zamanı onun sellofan torbasının içərisində şokolad-konfetlər aşkarlanıb. Torbadakı eyni üsulla, eyni formada və eyni marka adı altında qablaşdırılan şokolad-konfetlərin yeddisində, ümumi xalis çəkisi 64,874 qram olan narkotik vasitə-tiryək olduğu müəyyən edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Əsas mövzular