10:45 03 Dekabr 2016
Canlı yayım
İvitsa Daçiç

ATƏT-in sədri Bakıya gəlib

mfa.gov.rs
XƏBƏRLƏR
Qısa URL
420

ATƏT sədri iyunun 2-də Gürcüstana, iyunun 3-də isə Ermənistana səfər edəcək.

BAKI, 01 iyun — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Azərbaycana gəlib. 

Sputnik APA-ya istinadən xəbər verir ki, bu günə onun Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və siyasi partiyaların nümayəndələri ilə görüşləri planlaşdırılıb.

Səfərin sonunda xarici işlər naziri ilə birlikdə mətbuat konfransı keçiriləcək.

ATƏT sədri həmçinin qurumun Bakıdakı layihə-koordinatorluğuna baş çəkəcək.

ATƏT sədri iyunun 2-də Gürcüstana, iyunun 3-də isə Ermənistana səfər edəcək.

 

Teqlər:
ATƏT

Əsas mövzular