14:33 07 Dekabr 2016
Canlı yayım
Bakı-2015 Avropa Oyunları
baku2015.com

“Bakı-2015”in dividendləri

MULTİMEDİA
Qısa URL
95 0 0

Mehriban Əliyeva: “Müstəqil Azərbaycana yeni qələbələr, Azərbaycan xalqına xoşbəxtlik və əminamanlıq arzulayıram”

“Bakı-2015” ilk Avropa Oyunları təntənəli surətdə başa çatdı. 17 gün davam edən yarışlarda 6 mindən çox idmançı 253 medal dəsti uğrunda mübarizə apardı. Medal cədvəlində ilk üç sırada Rusiya, Azərbaycan və Böyük Britaniya qərarlaşdı.

İyulun 28-də oyunların bağlanış mərasimi — alovun ürəklərdən heç vaxt silinməyəcəyini təmin edən tamaşaçı finalı oldu. Final, oyunlar ərzində Bakıya gələn minlərlə qonağa böyük səmimiyyət göstərən və ənənəvi isti Azərbaycan qarşılanmasını təklif edən 12500 Alovqoruyanların gücünü tanıtdı.

Mərasimdə ənənəvi və müasir Azərbaycan mədəniyyətinin birliyi tamaşaçıların diqqətinə çatdırıldı. Tədbirin transformasiya hissəsində üç nəhəng heykəl səhnədə müşahidə olunmağa başlandı. Bu səhnəciyin sonunda Qız qalasının divarları aralandı və onun içərisində Alov qüllələri peyda oldu. Bununla da tamaşaçılar keçmişin müasir dövrü necə formalaşdırdığının və gələcəyə hansı tərzdə təsir göstərdiyinin şahidi oldular.

Sonra idmançılar kütləvi şəkildə stadiona daxil oldular. Mərkəzi səhnə ətrafında addımlayaraq tribunalarda onlar üçün xüsusi ayrılmış yerlərə keçdilər.

Daha sonra “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonaqları salamladı və tədbirin açılış nitqini söylədi: “Hörmətli həmvətənlər! Birinci Avropa Oyunlarının uğurla başa çatması münasibətilə sizi ürəkdən təbrik edirəm. Oyunlar zamanı Azərbaycan yığma komandasına, Avropa atletlərinə və çoxsaylı qonaqlarımıza göstərdiyiniz dostluq, qonaqpərvərlik və dəstəyə görə sizə dərin minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycana yeni qələbələr, Azərbaycan xalqına xoşbəxtlik və əminamanlıq arzulayıram”.

Qeyd edək ki, ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci ildə, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi planlaşdırılır, növbəti Oyunlar 2019-cu ildə baş tutacaq.

Avropa oyunlarında könüllü olmuş Əvəz Şükürov  oyunlar baradə təəsutarlarını bölüşür: “Mnə nəqliyyat qrupunda idim. Biz Bilgəhdə, Azadlıq prospektində və BMX Şıxovda olmuşuq. Oyunlar çox əla səviyyədə keçdi. Bilgəhdə triatlon keçirildi, Azadlıq prospektində veloyürüş, BMX-də isə ekstremal veloyürüş. Oyunlar vaxtı biz çox mehriban, çox sevinirdik ki, hamımız bir yerdəyik”.

Ekspertlər hesab edirlər ki, Avropa Oyunları Azərbaycanı tanıtmaq baxımından böyük əhəmiyyətli hadisədir və eyni zamanda ölkəyə yeni dividendlər qazandıracaq. İqtisadçı ekspert Vüqar Bayramlı bunu belə qiymətləndirir:

“Avropa Oyunlarının həm iqtisadi, həm də strateji gəlirlərini xüsusilə qeyd etməliyik. Avropa Oyunları Azərbaycan üçün dividental bir layihə idi və bu, gələn turistlərin sayının artmasında özünü göstərdi. Etiraf etmək lazımdır ki, Azərbaycan müstəqil illərində bu qədər turist qəbul etməmişdir. Turistlərin sayının artması praktiki olaraq xidmət sektoruna və ölkə iqtisadiyyatına sərmayə yönəltməsinə səbəb oldu”. 

İlk Avropa Oyunları Azərbaycana böyük tədbirlərə evsahibliyi etməsi üçün zəngin təcrübə qazandırdı. Artıq gələn il Bakıda şahmat üzrə Olimpiada, “Formula-1” üzrə Avropa Qran-pri yarışları keçiriləcək və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq.


Əsas mövzular