17:41 03 Dekabr 2016
Canlı yayım
The EU nations flags are mirrored in the windows of the EU Council headquarters ahead of a two-day EU summit in Brussels, Wednesday March 12, 2008
© AP Photo/ Yves Logghe

Qərb Azərbaycandan istəyir?

MULTİMEDİA
Qısa URL
97 0 0

Millət vəkili: “ABŞ-ın bugünkü strategiyasında əsas məsələ insan haqlarının və demokratiyanın qorunması deyil, xaos məsələsidir”

Avropanın və ABŞ-ın bəzi dairələrinin Azərbaycana qarşı nümayiş etdiriyi mövqe ölkə rəsmiləri tərəfindən dəfələrlə əsaslı şəkildə rədd edilib. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri Qərbin yanaşmasını qərəzli, həmçinin əsassız adlandırırlar.

Əli Həsənov iyulun 29-da milli mətbuatın 140 illik yubileyinə həsr olunan təbbirdəki çıxışında bir daha xarici qüvvələrin Azərbaycana qarşı münasibətini şərh edib.

Ə.Həsənov bildirib ki, müstəqillik tarixi qısa olan Azərbaycanda belə gözəl tolerant mühitin formalaşmasını həzm edə bilməyən qüvvələr var: “Qəbul edə bilmirlər ki niyə prezident İlham Əliyevin reytinqi yüksəkdir, Azərbaycan inkişaf edir. Bəzi böyük güclər dünyanı, o cümlədən Azərbaycanı da idarə etmək istəyirlər. Azərbaycanın maraqları var və bu maraqları reallaşdırmaq üçün kimlərinsə hansısa planlarına yox deməliyik. Böyük dövlətlərin əksəriyyəti Azərbaycanı idarə etmək istəyir, prezident İlham Əliyevin müstəqil siyasəti onların çoxuna sərf etmir”.

Avropa Şurası Parlament Assambleyasının son qətnaməsi, ABŞ Dövlət Departamenti tərəfindən verilən bəyanatlar və illik hesabatda Azərbaycanla bağlı deyilən fikirlərə şərh verən Prezidentin mətbuat katibi Azər Qasımov deyib ki, Azərbaycan tam şəkildə müstəqil siyasət yürüdən nadir ölkələrdən biridir və eyni zamanda regional əməkdaşlığı gündən-günə möhkəmləndirir: 

“Ölkədə ictimai-siyasi sabitlik tam təmin olunub. İqtisadi inkişaf uğurla davam edir, Azərbaycan artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Əlbəttə ki, özlərini dünyanın sahibi hesab edən ölkə və ayrı-ayrı qüvvələr bütün bunları həzm edə bilmir. Onlar hər vəchlə Azərbaycana qarşı riyakar, ikili standartlara söykənən, heç bir məntiqə sığmayan kampaniyalar həyata keçirirlər”.

Azərbaycana qarşı “qara piar” kampaniyası həyata keçirən Qərb və Avropa ölkələri hazırda dərin böhran içərisində olduğunu deyən A.Qasımov Avropa ölkələrinin çoxdandır ki, müstəqil siyasət həyata keçirə bilmədiklərini və onların birmənalı olaraq dünyaya hakimlik etmək iddiasında olan ölkə və qüvvələr tərəfindən tam şəkildə idarə edildiyini bildirib.

“Maraqlısı ondan ibarətdir ki, anti-Azərbaycan kampaniyasına qoşulan ölkə, siyasi dairələr, kütləvi informasiya vasitələrinin rəsmi nümayəndələri ilə görüşlərimiz zamanı demək olar, onların hamısı etiraf edirlər ki, bu cür qara piarın aparılması dünyaya hakimlik iddiasında olan ölkə və siyasi qüvvələrin ciddi təzyiqi altında həyata keçirilir”- deyə A.Qasımov fikirlərinə əlavə edib. 

İyunun 28-də rəsmi bağlanış mərasimi ilə Avropa Oyunları başa çatdı. Bundan sonra Qərbin və ABŞ-ın Azərbaycana qarşı münasibəti- “oyunları” necə olacaq? Ümumiyyətlə Qərb və ABŞ Azərbaycandan nə istəyir? 

Bu sualları “Sputnik”ə Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa və politoloq Elman Nəsirov cavablandırdı.

Fazil Mustafa ABŞ-ın Azərbaycana qarşı münasibətinin araxasında duran məqsədi belə şərh etdi:

“ABŞ-ın bugünkü strategiyasında əsas məsələ insan haqlarının və demokratiyanın qorunması deyil, xaos məsələsidir. Bu xaosdan iftifadə nəzəriyyələri həyata keçirilir. Və sanki təcrübədə bunu tətbiq erməyə çalışırlar. Eyni hadisəni Ukraynanın da başına gətirdilər. Ukraynaya da müəyyən mənada təminat verərək guya ki, Rusiya qarşısında axıradək müdafiə edəcəklər. Amma əslində Ukraynanı “poliqona” çevirdilər. Və bundan məmnundurlar”. 

Fazil Mustafanın fikrincə ölkədə sabitlik və təhlükəsizliyi düşünərək müəyyən neqativ hallarda güzəştə getmək olar:

“Bizə xaos lazımdır? Yoxsa dövlətin müəyyən neqativ cəhətlərlə də olsa, natamamlıqlarla da olsa ayaqda durması? Bu iki seçim qarşısındayıq. Müəyyən nöqsanlar, ədalət və başqa anlayışlarda fərqli yorumlar var. Məhkəmə problemləri var, insan haqlarının qorunmasında müəyyən neqativ tərəflər ortaya çıxa bilər. Amma bu sabitlik və təhlükəsizlikdən dahamı dəyərlidir? Bunun üzərində düşünmək lazımdır”.

Politoloq Elman Nəsirov Qərbin Azərbaycandan nümanə götürməli olduğunu deyərək fikirlərini belə əsaslandırdı: “Qərb dövlətləri Azərbaycandan insan hüquq və azadlıqlarına hörmət istəyir. Amma Azərbaycan onların özünə nümunə ola biləcək vəziyyətdədir. Təsəvvür edin ki, bizdə ən çox insan hüquq və azadlıqları haqda mövqe bildirən, qarayaxma kampaniyası aparan, faktları təhrif edən tərəf ABŞ-dır. Bu sferada ABŞ-da vəziyyət olduqca bərbaddır. Diskriminasiya, qaradərili insanlara qarşı təzyiqlər, onların hüquqlarını kütləvi şəkildə pozulması bu dediklərimizi bir daha təsdiqləyir”.

Qeyd edək ki, son zamanlar Qərbin, ABŞ-ın və bir sıra Avropa ölkələrinin anti-Azərbaycan kampaniyası Avropa Oyunları ərəfəsində geniş vüsət aldı. Bütün dünya ölkələrinin diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı səsləndirilən qərəzli fikirlər, qəbul edilən qətnamələr Avropa Oyunlarının möhtəşəmliyini kölgədə qoya bilmədi.


Əsas mövzular