10:00 08 Dekabr 2016
Canlı yayım
Совместная пресс-конференция президента РФ В.Путина и канцлера Германии А.Меркель
Фотохост-агентство

Almaniyanın qəzəbi

MULTİMEDİA
Qısa URL
15110

Millət vəkili hesab edir ki, Azərbaycan Ukrayna cəbhəsində yer alaraq Rusiyaya qarşı döyüşmək istəmədiyi üçün Avropanın təyziqləri ilə üzləşib

Almaniya Budestaqında Azərbaycanda “insan haqlarının vəziyyəti”nə dair qəbul olunmuş qətnamənin yaratdığı narazılıq davam edir. 

Son zamanlar özünü Avropada hegemon dövlət kimi göstərməyə çalışan Almaniyanın bəzi siyasi dairələrinin nümayəndələri anti-Azərbaycan çıxışları ilə gündəmə gəlir, Almaniya mətbuatında Azərbaycana qarşı tənqidi yazılar dərc edilir.

Bakıda hesab edirlər ki, Azərbaycanda I Avropa Oyunlarının keçirildiyi zamanda bu cür kampaniyaların başladılması Almaniyanın qərəzli mövqeyini ortaya qoyur.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili, Siyavuş Novruzov “Sputnik”ə açıqlamasında Almaniyanın son günlər artan qərəzli münasibətini şərh edib:

“Almaniya istər Avropa Birliyində, istərsə də Avropa Şurasında və NATO-da qərarların qəbuluna təsir edə bilən dövlətə çevirilibdir. Almaniya çalışır ki, Avropa ilə bağlı hər hansı bir məsələdə öndə getsin və söz sahibi olsun. Yunanıstanla bağlı məsələni götürək. Yunansıtanın borclarının ödənilməsi məsələsində soz sözü Almaniya dedi. Bu proseslər də davam edir. Almaniyanın Avropa Şurasına və digər beynəlxalq təşkilatlara təsiri böyükdür”.

Millət vəkili Zahid Oruc da isə bildirir ki, Azərbaycan Rusiyaya qarşı çıxmadığı üçün belə təyziqlərlə üz-üzə qalıb

“Ermənistanda xalıqn öz azadlığı uğrunda vuruşmasının və dövlətlə toqquşmasının çox azğın və qanlı bir şəkil aldığı şəraitdə bizim əleyhimizə qətnamələr qəbul edilməsi tarixin inoriyasıdır. Mən əminəm ki, Almaniyanın bu təzyiqlərinin səbəbi Azərbaycan daxili məsələlər deyil. Onların kəşfiyyat məlumatları bundan ibarətdir ki, Azərbaycan Ukrayna cəbhəsində yer alaraq Rusiyaya qarşı döyüşmək istəmir. Bir sözlə Almaniyanın hazırkı mövqeyinin əsas səbəbi geopolitikadır. Bizi Qərb koalisiyasına fəal bir şəkildə qoşmaq niyyətidir. Ona görə də Almaniya Azərbaycanın xarici siyasətinə təsir göstərməyə çalışır. Məhz bunun üçün bütün məsələlər qabardılır”.

Ekspertlər Avropada hegemonluq iddialarını artıran və bunun fonunda bir çox ölkələrə, o cümlədən Azərbaycana ikili standartlarla yanaşan Almaniyanın davranışını qeyri-səmimi münasibət kimi qiymətləndirirlər.


Əsas mövzular