CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Artıq avtomobilinizə kənar şəxsləri mindirə bilməyəcəksiniz - Cərimə gəlir

CC0 / Alex Fu / BusAvtobus, arxiv şəkli
Avtobus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qanunsuz sərnişin daşıyan avtobuslar kamera ilə aşkarlanaraq elektron protokol yazılacaq. Amma minik avtomobilləri ilə sərnişin daşımaya nəzarət üçün əlavə tədbir görüləcək.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 dekabr — Sputnik. Ölkəmizdə qeyri-qanun sərnişin daşımaya və yük daşımaya nəzarət gücləndirləcək. Artıq bu pozuntuya kameralarla nəzarət ediləcək və fərqlənmə nişanı almayan sürücülər elektron qaydada cərimələnəcək. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bunun üçün qanuna dəyişikliklə bağlı təkliflər hazırlanıb və aidiyyatı dövlət qurumları ilə razılaşdırılıb. Bütün bunlar Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün dövlət proqaramının icrası çərçivəsində həyata keçirlir: "DANX Daxili İşlər Nazirliyi ilə birgə bu yeniliyi tətbiq edəcək. Xüsusi ilə yük daşıma və orta tutumlu avtobuslara nəzarət bu üsulla daha rahat təmin ediləcək. Çünki artıq baza var. Həmin baza DİN-ə inteqrasiya ediləcək. Qanunsuz sərnişin daşıyan avtobuslar kamera ilə aşkarlanaraq elektron protokol yazılacaq. Amma minik avtomobilləri ilə sərnişin daşımaya nəzarət üçün əlavə tədbir görüləcək. Bu yeniliyin növbəti ilin birinci rübündə tətbiqi gözlənilir. Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən yollarda təhlükəsizliyi təmin etmək məqsədi ilə Almaniya, Türkiyə və Latviyanın təcrübəsi də öyrənilir. Proqramın icrası çərçivəsində sürücülərə və köməkçilərə təlimlər keçirilir və gələcəkdə bunun genişləndirilməsi nəzərdə tutulub.Xidmətin rəis müavini bildirib ki, bölgələrə təhlükəsizlik qaydaları gözlənilməklə icra ediəngecə reyslərinin sayı da artırılacaq".

Qeyd edək ki, hazırda qurum tərəfindən bölgələrdən bakıya online biletin satışını təşkil etmək üçün iş aparılır.

Xəbər lenti
0