CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan əhalisinin sayı açıqlandı

Abunə olmaq
Əhalinin 52,9 faizi şəhərdə yaşayır, 47,1 faiz əhalisi kənd sakinləridi

BAKI, 17 noyabr — Sputnik. Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 61160 nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 959 min 245 nəfərə çatıb.

Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadla məlumatına görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Qeyd edək ki, əhalinin 52,9 faizi şəhərdə yaşayır, 47,1 faiz əhalisi kənd sakinləridir.

Məlumata görə, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Xəbər lenti
0