CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda keçirilən lotereyada 1 nəfər mənzil, 4 nəfər avtomobil qazanıb

© Photo : Elvin Babayev"Möhtəşəm 100 gün" stimullaşdırıcı lotereyanın qaliblərinin mükafatlandırılması mərasimi
Möhtəşəm 100 gün stimullaşdırıcı lotereyanın qaliblərinin mükafatlandırılması mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu dəfəki lotereyanın uduş fonduna 305 hədiyyə daxil edilmişdi

Tropik ada, arxiv şəkli - Sputnik Azərbaycan
Avstraliya vətəndaşı lotereyada böyük bir ada udub
BAKI, 16 yan — Sputnik. 01.10.2016 — 08.01.2017-ci il tarixlarini əhatə edən, "Araz" və "Spar" supermarketlər şəbəkəsinin öz müştəriləri üçün təşkil etdiyi "Möhtəşəm 100 gün" adlı stimullaşdırıcı lotereyanın qalibləri məlum olub. Lotareya canlı şəkildə "Araz"ın rəsmi youtube kanalında və "Facebook" səhifəsində yayımlanıb.

Bu dəfəki lotareyaya 305 hədiyyə daxil edilib. Lotereyada "Kristal Abşeron"dan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd KİA Rio, 1 ədəd KİA Sorento avtomobili, Türk Hava Yollarından 10 ədəd Bakı-İstanbul-Bakı aviabileti, "Dost Tech" mağazalar şəbəkəsindən 290 ədəd məişət texnikası — 10 ədəd soyuducu, 20 ədəd paltaryuyan maşın, 20 ədəd televizor, 20 ədəd noutbuk, 30 ədəd planşet, 60 ədəd tozsoran, 60 ədəd ətçəkən maşın, 70 ədəd şirəçəkən maşın şanslı müştərilər tərəfindən qazanılıb.

© Photo : Elvin Babayev"Kristal Abşeron"dan 2 otaqlı mənzil qazanmış Eldar Dadaşov
Kristal Abşerondan 2 otaqlı mənzil qazanmış Eldar Dadaşov - Sputnik Azərbaycan
"Kristal Abşeron"dan 2 otaqlı mənzil qazanmış Eldar Dadaşov

Dadaşov Eldar İsmət oğlu "Kristal Abşeron"-dan 2 otaqlı tam təmirli mənzil, Ələkbərova Fəridə Fərid qızı KİA Motors-dan KİA Sorento, Əlizadə Afaq Zaman qızı, Axundov Mehman Firudin oğlu, Əhmədova Sevər Əhməd qızı KİA Motors-dan KİA Rio qazanıb. Canlı yayımda böyük hədiyyələri qazanan müştərilərlə əlaqə saxlanılaraq onlara "Araz" və "Spar" supermarketlərinin stimullaşdırıcı lotereyasının qalibləri olduqları xəbəri verilib.

© Photo : Elvin BabayevQaliblər öz hədiyyələrini 23 yanvar tarixindən etibarən Araz və SPAR supermarketlərindən götürə bilərlər
Qaliblər öz hədiyyələrini 23 yanvar tarixindən etibarən Araz və SPAR supermarketlərindən götürə bilərlər - Sputnik Azərbaycan
Qaliblər öz hədiyyələrini 23 yanvar tarixindən etibarən Araz və SPAR supermarketlərindən götürə bilərlər

Lotareya çəkilişində qalib olan müştərilərin siyahısı www.arazmarket.az saytında və "Araz" və "Spar" Supermarketlər Şəbəkəsinin rəsmi facebook səhifəsində yayımlanıb. Qaliblər öz hədiyyələrini 23 yanvar tarixindən etibarən alış-veriş etdikləri Araz və SPAR supermarketlər şəbəkəsinin filiallarından 90 gün ərzində götürə bilərlər.

Xəbər lenti
0