CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhidin son halı əmisinin gözü önündən getmir

© Photo : Qurbanovlar ailəsinin arxiviŞəhid Fəxrəddin Qurbanlı
Şəhid Fəxrəddin Qurbanlı - Sputnik Azərbaycan
Abunə olmaq
"Alnında bir güllə yarası var idi. Tapdığımıza sevinirdik, amma evə qayıtmaq var idi..."

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 13 yan — Sputnik. Bu gün onun doğum günüdür. Yaşasaydı, 23 yaşı olacaqdı… Dünyaya gələndə ata-anası çox sevinmişdi, "oğlumuz oldu" deyə. Adını Fəxrəddin qoymuşdular. Bütün ümidlərini də ona bağlamışdılar.

Fəxrəddin böyüyəcək, anasını müalicə etdirəcəkdi. Böyüyəcək, ailəsinə sahib çıxacaqdı… Çox sakit uşaq olub, sözəbaxan, ağıllı. Ana-atasının bir sözünü iki etməzmiş.

Sən saydığını say, gör fələk nə sayır

Kamran Şirəliyev əsgər yoldaşı ilə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəhid anasının son arzusu: "Bircə biləydim..."

Ötən ilin aprel döyüşləri Qurbanlı ailəsinə də hüzn gətirir. Ailənin ikinci övladı Fəxrəddin Qurbanlı, aprelin 1-dən 2-nə keçən gecə Tərtər-Seysulan istiqamətində gedən döyüşlərdə şəhid olur.

Fəxrəddin 1994-cü il yanvar ayının 13-də Bakıda dünyaya göz açır. Valideynlər ilk övladları Fəxriyyədən sonra dünyaya gələn oğlan uşağına Fəxrəddin adı qoyurlar.

Orta məktəbi bitirəndən sonra Fəxrəddin yüksək bal toplayaraq Azərbaycan Universitetinə daxil olur. "Yaxşı oxumaqla yanaşı, həm də çox aktiv uşaq idi. Sosial işlərlə məşğul olur, qocalar, uşaqlar evinə baş çəkir, hamının əlindən tutmağa çalışırdı" — anası Nazimə Qurbanova deyir.

© Sputnik / Irade JELILAprel döyüşlərində şəhid olmuş Fəxrəddin Qurbanlının ailəsindən reportaj.
Aprel döyüşlərində şəhid olmuş Fəxrəddin Qurbanlının ailəsindən reportaj - Sputnik Azərbaycan
1/9
Aprel döyüşlərində şəhid olmuş Fəxrəddin Qurbanlının ailəsindən reportaj.

2/9

3/9

4/9

5/9

6/9

7/9

8/9

9/9

2015-ci ildə Universiteti bitirən Fəxrəddin, valideynlərinin magistraturada təhsilini davam etdirməsinə dair tövsiyyəsinə baxmayaraq, hərbi xidmətə yollanır. Və ana sonuncu dəfə oğlunu keçən ilin yanvarında görür: "Yanvarın 10-da məzuniyyətə gəlmişdi. Hamıyla görüşdü. Ad gününü qeyd etdik. Deyirdi: "Ana, ürəyini sıxma, 3 ay da keçsin, evə qayıdacağam". Belə qayıtdı…"

"Elə bilirəm gələcək…"

Yanvarın 19-da Fəxrəddin hərbi hissəyə qayıdır. "Aprelin 1-i axşam saat 7 olardı, Fəxrəddin zəng etdi. Səsi həyacanlı idi. Mənim səhhətimlə maraqlandı, sonra "ana, tələsirəm, növbəyə gedirəm" deyib sağollaşdı. Sən demə döyüşə gedirmiş" — ana deyir.

Qurbanlı ailəsi səhəri gün televiziyadan cəbhədə vəziyyətin gərginləşdiyini öyrənir: "Balamdan hələ bir xəbər yox idi. Amma içimdə izah etməyə çətinlik çəkdiyim bir hiss vardı. Və sonra… onu gətirdilər. Qoymadılar balama baxım, onu elə vəziyyətdə görmədiyim üçün bu gün də gözüm yoldadır. Elə bilirəm gələcək".

Fəxrəddin aprelin 9-da Pirşağıdakı Şuşa qəbirstanlığında dəfn edilir. Atası Seyfəddin Qurbanov sonuncu dəfə aprelin 1-i axşam saatlarında Fəxrəddinlə danışır. Ayın 2-də vəziyyətin gərginləşdiyini eşidib narahat olur, oğlunun komandirinə zəng vurur, amma zəngləri cavabsız qalır. Aprelin 6-na qədər güclə səbr edən ata, ayın 6-da oğlunun xidmət etdiyi hərbi hissəyə gedir, amma heç kimi tapa bilmir.

Və aprelin 7-si axşam S. Qurbanlıya oğlunun itkin düşdüyü xəbəri verilir: "Sonradan bildim ki, Seysulan istiqamətində gedən döyüşlərdə oğlum neytral zonada qalıb. Bir gün sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə şəhidlərin meyitləri geri verildi".

"Yaxşı ki, valideynləri son halını görmədilər"

Şəhid Xaliq Əzizzadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəhid anası: "Qorxumdan oğlumun cənazəsinə əlimi vura bilmədim..."

Bacısı Fəxriyyənin dediyinə görə, Fəxrəddin yaxşı şahmat oynayırmış: "Biz bacı-qardaşdan çox, dost idik. Sonuncu dəfə keçən ilin yanvarında görüşmüşdük. Mənə dedi ki, "gəl, görüşək, gedib-gəlməmək, gəlib-görməmək var". Karyera haqqında düşünürdü. Türkiyədə təhsil almağı, iş qurmağı arzulayırdı".

Fəxrəddinin cənazəsini əmisi ilə dayısı gətirir. Əmisi Afiq həmin anları belə xatırlayır: "Aprelin 2 idi, işdəydim. Zənglər gəlirdi ki, "Fəxrəddindən xəbəriniz varmı?" Heç bir xəbərim yox idi. Ayın 7-də atası Bakıya qayıtdı. Mən dura bilmədim, axşam saat 5 olardı, dayısı Nizami ilə birlikdə hərbi hissəyə getdik. Hər yerə müraciət etdik, "gördüm" deyən olmadı. Qapanlıya getdik, Seysulana keçmək istəyirdik, amma buraxmadılar. Fəxrəddingilin bölüyündən heç bir xəbər yox idi. Orada hərbi prokurorluğa müraciət etdik. Siyahıya baxıb dedilər ki, "sizin uşaq itkin düşənlər arasındadır, gedin gözləyin".

"Ayın 8-də xəbər gəldi ki, "uşaqları gətirirlər". Fəxrəddinin meyitini Bərdədə şəhidlərin arasında tapdıq. Alnında bir güllə yarası var idi. Tapdığımıza sevinirdik, amma evə qayıtmaq var idi…" — əmi danışır.

O, Fəxrəddinin tabutunun açılmamasını doğru addım hesab edir: "Yaxşı ki, valideynləri uşağı o vəziyyətdə görmədilər. Məndən sonuncu dəfə Fəxrəddini necə gördüyümü soruşurlar. "Sonuncu dəfə necə görmüsünüzsə, elə xatırlayın" deyirəm. Amma özüm… Hər gözümü yumanda üzü beynimdə canlanır".

Hazırda Fəxrəddinin ailəsi pensiya ilə dolanır. Tək ümidləri Fəxrəddinin qayıdıb işləməsi, ata-anasına dayaq olmasıymış. "Qardaşım da, yoldaşı da xəstədir. Heç yerdə işləyə bilmirlər. Heç bilmirəm vəziyyətləri necə olacaq" — deyir Afiq Qurbanov.

Fəxrəddin Qurbanov ölümündən sonra Ali Baş Komandanın əmri ilə "İgidliyə görə" üçüncü dərəcəli medalla təltif edilib.

Allah rəhmət eləsin!

Xəbər lenti
0