CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yerli telekanallara baxan vətəndaşların sayı sürətlə azalır

© pixabay / Astryd_MADTelevizor pultu
Televizor pultu - Sputnik Azərbaycan
Abunə olmaq
Analoq yayım getdi, analoqsuz problem baş qaldırdı

BAKI, 6 yan — Sputnik. Ötən il dekabrın 20-dən etibarən bütün respublika ərazisində tam olaraq rəqəmsal televiziya yayımına keçilib və analoq yayım dayandırılıb. Bundan sonra, xüsusilə bölgələrdə narazılıqlar meydana çıxıb. Rəqəmsal yayımı dəstəkləməyən televizorlara quraşdırılmalı olan dekoderlərin baha olması da vətəndaşların televiziya kanallarını izləməsinə mane olur.

Sputnik-in əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında "Analoq yayımın tamamilə dayandırılmasından sonra hansı problemlərlə üzləşmisiniz?" sualına cavab axtarıb. Beləliklə:

Günel Fərhadova: "Mən 7 ildir milli telekanallarımıza baxmıram. Televizor evdə sadəcə bir aksesuardır, arada tozunu silirəm ki, üstünə nəsə qoya bilim. Məsələn, stasionar və ya mobil telefon. Ona görə də, mənim üçün heç nə dəyişmədi. İnternet vasitəsilə xarici telekanallara baxıram və ya maraqlı veriliş və filmləri yükləyib işdən sonra evdə izləyirəm. Atam arada xəbərlərə baxırdı. Analoq yayım dayandırılandan sonra bu hüququndan da məhrum olub".

Həsrət İsayev: "Kimlər ki internetdən istifadə edə bilir, o kəslərə televizor maraqlı deyil".

© © KarikaturaAnaloq yayımın fəsadları
Analoq yayımın fəsadları - Sputnik Azərbaycan
Analoq yayımın fəsadları

Azər Kərimov: "Açığı, analoq yayım dayandırılandan əvvəl də bizdə televizora baxan yox idi. Lazım olan şeyləri internetdən tapıb baxırıq. Lazımsız informasiya ilə fikirlərimizi qarışdırmaq, beynimizi yormaq istəmirik".

Rüstəm Hüseynov: "Pul problemi ilə qarşılaşdıq. Maddi imkanımız çatmır ki, tələb olunan cihazı (dekoder —red.) alaq".

Nəzakət Zeynallı: "Rayonda qohumlarımız var, indi televizorsuz qalıblar. Hansısa İran kanalı göstərir, ona baxırlar".

Valeh Arifoğlu: "Hazırda rayondayam, bəzi kanallarda donma müşahidə olunur. Bəzən hansısa kanalda səs eşidilir, amma görüntü olmur".

Abidin Sarıyev: "Təzə aparatı baha qiymətə satırlar. Bəzisi alır, bəzisi ala bilmir".

Sevinc İsgəndərli: "Bizdə peyk antenasıdır, heç bir problemlə qarşılaşmamışıq. Amma bu analoq yayım söhbətlərindən bezmişik artıq, kimlə danışırsansabu mövzudan söhbət açır".

Xəbər lenti
0