Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vergi borclarımız silinəcək

CC0 / Free-Photos / OfficeVergi yoxlaması
Vergi yoxlaması - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla bağlı qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

BAKI, 20 dek — Sputnik. Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Sputnik xəbər verir ki, iclasda "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Azərbaycan Respublikası Vergilər Naziliyi - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda amnistiya elan oluna bilər

"Bu layihə tarixi bir qanun layihəsidir. İş adamları tərəfindən çox müsbət qarşılanacaq", — komitə sədri Ziyad Səmədzadə bildirib.

Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov qanun layihəsi barədə məlumat verib. O deyib ki, layihənin məqsədi Azərbaycanda sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi daşıyır.

Qanun layihəsinin 1-ci maddəsi "Vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış fazilər üzrə borclarının tənzimlənməsi adlanır". 1-ci maddədə göstərilir ki, vergi ödəyicilərinin vergilərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

Layihənin 2-ci maddəsində göstərilir ki, vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə — maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

Vergi Məcəlləsi - Sputnik Azərbaycan
Vergi Məcəlləsinə dəyişikliklər edildi

Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə — maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70 faizi ödənildikdə — maliyyə sanksiyalarının ödənilməmiş 30 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

Çıxış edən deputatlar qanun layihəsinin vacibliyindən danışıb, təkliflərini irəli sürüblər. İclasda layihədə nəzərdə tutulan vaxtın daha da uzadılaraq 6 ay olması təklif edilib. Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

N. Şirinov bildirib ki, layihədə vergi borcları, əsasən iki hissəyə bölünüb: "Birincisi, əsasən vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlərin silinməsindən söhbət gedir. İkincisi, maliyyə sanksiyalarının müəyyən ardıcıllıqla silinməsi sənəddə öz əksini tapıb".

"Hesablanmış faizlərin 2017-ci ilin 1 yanvar vəziyyətinə istisnasız olaraq silinməsi təklif olunur. Maliyyə sanksiyalarının tərkibindən asılı olaraq Vergi Məcəlləsinin 58.7-ci maddədə nəzərdə tutulan vergi sanksiyaları, bu daha çox nağd əməliyyatların aparılması qaydalarının pozulmasına görə nəzərdə tutulan maliyyə sanksiyalarıdır", — idarə rəisi bildirib.

Onun sözlərinə görə, bunun da məbləğindən asılı olmayaraq silinməsi nəzərdə tutulur: "Eyni zamanda, Vergi Məcəlləsində 58-ci və digər maddələrində nəzərdə tutulmuş maliyyə sanksiyalarının isə müəyyən ardıcıllıqla silinməsi nəzərdə tutulur".

N. Şirinov qeyd edib ki, layihə 44 min 704 vergi ödəyicisini əhatə edəcək: "Bunun 1037-i dövlət sektorunda, 43 min 667-i isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. 44 min 704 vergi ödəyicisinin təxminən 624 milyon manat vəsaitinin silinməsi təmin olunacaq"

Xəbər lenti
0