10:01 18 Yanvar 2017
Canlı yayım
Masallının Boradigah qəsəbə sakini Usta Yaqubun papaqçı dükanı

Bir vaxtlar o, namus sayılırdı...

© Sputnik / Rahim Zakiroğlu
CƏMİYYƏT
Qısa URL
228 0 0

Əvvəllər teatra gedən kişilər iki yer sifariş verərdilər: birini özləri, digərini papaqları üçün

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 20 dek — Sputnik. Tarixən Azərbaycanda papaq, təkcə başını soyuqdan qoruma vasitəsi olmayıb. Həm də namus, qeyrət, kişilik rəmzi olub. Şifahi xalq ədəbiyyatımızda papaqla bağlı çoxlu sayda atalar sözü, zərbi-məsəllər var.

Ölkəmizdə papaqçılıq sənəti yüz illər boyu xalqın tarixi, məişəti və mədəniyyəti ilə sıx əlaqəli şəkildə inkişaf edib. Tarixi yüz illərlə ölçülən milli baş geyimlərinin forması, həm də onun daşıyıcısının sosial vəziyyətinin göstəricisi sayılırdı. Keçmiş zamanlarda kişilər, istənilən halda papağı başlarından çıxarmırdılar. İctimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq kimi dəyərləndirilirdi.

Qədimlərdə bir neçə sənət növləri kimi, papaqçılıqla məşğul olanların da cəmiyyət arasında böyük hörməti olub. Keçmişdə həm gənclər, həm də yaşlılar buxara papaqdan istifadə ediblər. Lakin zaman keçdikcə gənc nəsil belə papaqlardan uzaqlaşdı. Beləcə papaqçılıq sənəti ilə məşğul olanların sayı azaldı.

  • Masallının Boradigah qəsəbə sakini Usta Yaqubun papaqçı dükanı

1 / 7
© Sputnik / Rahim Zakiroğlu
Masallının Boradigah qəsəbə sakini Usta Yaqubun papaqçı dükanı

Masallının Boradigah qəsəbəsində papaqçılıqla məşğul olan Usta Yaqubu nəinki Masallıda, həm də ətraf rayonlarda, üstəlik qonşu İran İslam Respublikasında da tanıyırlar. Yaqub Məmmədov 1947-ci ildə Boradigah qəsəbəsində dünyaya gəlib. Hazırda yaşatdığı sənəti babasından öyrənib.

"Babam usta Əbülfəz bölgənin ən tanınan papaqçısı idi. Uşaqlıqda babamın yanına tez-tez gəlirdim və elə o vaxt bu sənətə vuruldum. 1965-ci ildə babamın yanında şagird kimi çalışmağa başladım. İnstitutda qiyabi oxuyurdum və oxuduğum vaxt işlərim çox olardı. O vaxt bütün il boyu sifarişlərim, işlərim olardı. Hətta, yayda da papaq sifariş edərdilər. İndi isə yalnız payız-qış aylarında sifariş olur. Həm də indi sifarişlərin sayı çox azalıb", — deyir usta.

O, əsasən buxara papaq tikdiyini bildirir: "İndi buxara papaq qoyanlar həddən artıq azdır. Bunlar ya yaşlılar, ya da mollalardır. Əvvəllər papaqlara çox böyük hörmət var idi. Əvvəllər teatra gedəndə iki yer sifariş edərdilər: birini özləri, digərini də papaqları üçün. Amma indi buxara papaq dəbdən düşüb. Əvvəllər qış aylarında, ay ərzində 30-35 ədəd papaq tikərdim, qalan aylarda isə 15-20. İndi isə ay ərzində, cəmi 5-10 papaq tikirəm".

"Sənətkarın həvəsi və marağı olmazsa, keyfiyyətli papaq tikə bilməz. Birincisi, səliqə lazımdır. İkincisi, də az da olsa, rəssamlıqdan anlayışın olmalıdır. Bu da ona görədir ki, papağın insanın simasına yaraşıb-yaramadığını bilmək vacibdir. Məsələn, adam kökdür, onun üçün kiçik ölçülü papaq tiksən, düz gəlməyəcək və ya əksinə, arıq adam böyük papaq yaraşmaz", — Y. Məmmədov əlavə edir.

O, buxara papağın hazırlanmasında istifadə olunan dərinin Özbəkistandan gətirildiyini bildirir: "Körpə quzuları boğma yolu ilə öldürürlər ki, quzu nəfəs aldığında, dəridə olan yun buruqlar açılmasın. Daha sonra isə əldə edilən dərini, 2 gün tənzifə büküb xüsusi şəraitdə saxlayırlar. Sonra duzlayıb arxa hissəsini təmizləyir və papaq üçün dəri material əldə edirlər".

Usta Yaqub buxarı papaqların iç hissəsini, yalnız tikiş maşını ilə tikdiyini deyir: "Papağın içini hazırlayanda parça ilə keçəni biri-birinə maşında tikirəm, dəri hissəsini isə, ancaq əllə tikirəm. Bəzi ustalar var idi, sifarişi tez versin deyə, dərini də tikiş maşını ilə tikərdilər. Amma bu, effektiv deyil, bir müddət sonra tikiş maşınında tikilən papağın tikiş hissəsi yığılmağa başlayır. Sonra isə yığılan yerlərdə qırış əmələ gəlir və papaq korlanır".

Papaqların qiymətlərinə gəlincə: "Bu məsələdə müştəri ilə razılaşırıq. Qiymətlər 100-300 manat arasındadır".

Y. Məmmədov bu sənəti indiyədək, ya qardaşı Zahidə öyrədib və hazırda bərabər çalışırlar. Tələbələrin az olması, bu sənətə tələbatın zəifləməsi ilə bağlıdır. Bu səbəb həm də ona gətirib çıxarıb k, Yaqub Məmmədov hazırda Masallıda yeganə papaqçıdır.

Əlaqədar

Çörəyi palçıqdan çıxan adam
"İlham Əliyev və xanımı mənim çayımı çox bəyəndilər"
Sandıq düzəldən ata və oğul
Müştərisinin geri dönəcəyini 6 il gözləyən usta
Rusları heyran edən azərbaycanlı: bu adam min illik tarixi yaşadır
Teqlər:
Yaqub Məmmədov, kişilik, papaq, namus, Masallı, qeyrət, sənət

Əsas mövzular