CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baytarlıq Xidmətindən əhaliyə xəbərdarlıq: virus yayılıb

© Photo : Dövlət Baytarlıq Nəzarəti XidmətiQəfəsdə toyuqlar, arxiv şəkli
Qəfəsdə toyuqlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Kalmıkya Respublikasından və Həştərxan vilayətindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub

BAKI, 14 dek — Sputnik. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən 24 noyabr və 9 dekabr 2016-cı il tarixlərində yayılan rəsmi məlumatlarda, Rusiya Federasiyasının Kalmıkya Respublikasının Yaşaltinski rayonunda iki məntəqədə və Həştərxan vilayətinin Xarabalinski rayonunda bir məntəqədə ev quşları arasında yüksək patogenli quş qripi (H5) xəstəliyinin yayılması barədə məlumat daxil olub. Bu barədə Sputnik-ə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Uçan quşlar, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
"Quş qripi" müayinələrinin nəticələri açıqlandı

Bununla əlaqədar Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən yüksək patogenli quş qripi xəstəliyi qeydə alındığı üçün Rusiyanın Kalmıkya Respublikasından, Həştərxan vilayətindən, habelə risk zonasına daxil olan Dağıstan Respublikasından, Volqoqrad, Rostov, Stavropol vilayətlərindən və Çerkessk bölgəsindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması haqqında əmr imzalanıb.

Rusiyanın Kalmıkya Respublikasında və Həştərxan vilayətində ev quşları arasında yayılmış yüksək patogenli quş qripi (H5) xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün zəruri baytarlıq-sanitariya tədbirlərinin görülməsi barədə Dövlət Baytarlıq Nəzarət Xidmətinin müvafiq bölmələrinə tapşırıqlar verilib. Əmrdə dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı məsələsinə Rusiya Federasiyasının Dövlət Baytarlıq Xidmətinin yükün çıxarıldığı ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə baxılması qeyd olunub.

Dövlət Baytarlıq Nəzarəti Xidməti quşculuq təsərrüfatlarının rəhbərlərinə və əhaliyə tövsiyə edir ki, quşları baytarlıq-sanitariya tələblərinə riayət etməklə qapalı şəraitdə saxlasınlar.

Xəbər lenti
0