CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bahalaşma fonunda keyfiyyətsiz məhsullar bazarı bürüyüb

Abunə olmaq
Bakıda satılan spirtli içkilərin 70 faizi standartlara uyğun deyil

BAKI, 8 dek — Sputnik. "Manatın dollara nisbətdə devalvasiyası və ölkədə enerji qiymətlərinin artması malların və xidmətlərin qiymətində artımla nəticələnib. Hazırda bir nəfərlik aylıq istehlak zənbili 200 manat ətrafındadır". 

Bu gün, Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "2016-cı ilin istehlak səbəti necə bahalaşdı" mövzusunda keçirilən konfransda, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, il boyu əmtəə bazarındakı vəziyyət həm kəmiyyət, həm də keyfiyyət baxımından istehlakçıların zərərinə dəyişib: "Hökumətin biznes qurumlarına yaratdığı rahat toxunulmazlıq şəraiti, xüsusilə burada öz mənfi rolunu oynayıb. Yəni, prezidentin əhəmiyyətli tapşırığı, əslində dövlət orqanları tərəfindən adekvat yerinə yetirilmir. Biznes qurumları üçün toxunulmazlıq şəraiti o demək deyil ki, ölkənin əmtəə bazarı təhlükəli mallarla dolsun və kim nə istəyir, gətirib satsın".

Küçədə dilənən yaşlı qadın. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Deputatdan aztəminatlı ailələrlə bağlı mühüm təklif

Ekspert bildirib ki, il ərzində istehlakçıların həyatına təhlükə törədən malların ifşası üzrə çoxlu işlər görülüb: "Bu il Azad İstehlakçılar Birliyi sertifikatı olmayan və yoxlamadan keçmədən satılan 700-ə qədər mal və xidmətin siyahısını əldə edib. Manatın devalvasiya məsələsini, biznes qurumlarının süni qiymət artımlarını, qaz və işığın qiymətlərindəki dəyişiklikləri üst-üstə gəlsək və keçən ilin bugünkü vaxtına uyğunluğu analiz etsək, ümumillikdə 25%-dən çox qiymət artımı baş verib. Son 20 gündə isə daha ciddi dəyişikliklər olub: ət 30%, kərə yağı 13%, şəkər tozu 13%, düyü 25%, quru meyvələr isə 40-50% bahalaşıb. Qoz, fındıq və quru meyvələrin isə, Novruz bayramı ərəfəsində, keçən ilə nisbətən 70%-ə qədər qiymətində qalxma gözlənilir".

"Bu ilin digər sürprizləri də olub. Zəhərlənməyə səbəb olan keyfiyyətsiz quru südlər, diabet xəstələri üçün satılan, şəkərdən 3 dəfə baha olan sorbit, xarici ölkələrdən gətirilən sinir otları, siqarason, keçəlliyin qarşısını alan məhsullar və s. Onlar çox reklam olunur, amma bütün bunların heç bir xeyri yoxdur. Təəssüf ki, bu il istehlakçıların taleyində hər hansı bir ciddi müsbət dəyişiklik olmayıb", — E. Hüseynov bildirib.

Ekspert əlavə edib ki, keçən ayın sonunda Ukraynada "quş qripi" müəyyən olunub, lakin bununla bağlı bizdə heç bir tədbir görülmür: "Bu qrip İranda qeydə alınan kimi, Azərbaycanda İrandan gətirilən toyuq məhsullarına qadağa qoyuldu. Lakin Ukraynadan gətirilən mallara qadağa qoyulmur. 7-8 gündür ki, təhlükəli mallar gətirilib Azərbaycanda satılır. Bu kimi acınacaqlı faktlar da var".

Birlik sədri daha sonra qeyd edib ki, il ərzində ən çox şikayətlər mürəkkəb texniki mallardan — telefon, kompüter, noutbuk və s. gəlib: "Bundan başqa, istehlakçılara böhtan atılması, malın 30-40% baha satılması və istehlakçı hüquqlarına məhəl qoyulmaması halları çox artıb. İl ərzində ən çox çirklənmiş seqment isə spirtli içkilər seqmenti olub. Belə ki, satılan malların 60-70%-i standartlara uyğun deyil".

Xəbər lenti
0