CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisindən sürücülərə və piyadalara xəbərdarlıq

© Sputnik / Murad OrujovПолковник полиции Вагиф Асадов
Полковник полиции Вагиф Асадов - Sputnik Azərbaycan
Abunə olmaq
Vaqif Əsədov: "Mövsümə uyğun şinlərlə təchiz edilməmiş və ilin soyuq vaxtlarına hazır olmayan avtomobillərlə yola çıxmayın"

BAKI, 8 dek — Sputnik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sürücülərə, paytaxtda qeyri-sabit qarlı hava şəraiti davam etdiyi müddətdə şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyə edib. O, Sputnik-ə açıqlamasında bildirib ki, mövsümə uyğun şinlərlə təchiz edilməmiş və ilin soyuq vaxtlarına hazır olmayan avtomobillər bu havada yola çıxmamalıdır. "Hər bir sürücü sürət rejiminə diqqət etməlidir və havadan asılı olmayaraq, avtomobillərin qeydiyyatdan keçmiş nömrələri təmiz olmalıdır", — Əsədov bildirib.

DYP rəsmisi piyadalara da müraciət edib: "Qarlı havada yollar buz bağlayır və yol-nəqliyyat hadisələri baş verir. Piyadalar yolun hərəkət hissəsinə çıxmamalı, bunun üçün ayrılmış xüsusi yerlərdən, yeraltı və yerüstü keçidlərdən istifadə etməlidirlər".

"Havanın necə olmasından asılı olmayaraq, sürücülər və piyadalar yol-hərəkəti qaydalarına ciddi əməl etməlidirlər", — deyə Vaqif Əsədov bildirib.

Xəbər lenti
0