20:15 07 Dekabr 2016
Canlı yayım
Lavaş bişirmə prossesi, arxiv şəkli

YUNESKO lavaşın bizə məxsus olduğunu təsdiqlədi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
3910

Bundan sonra Ermənistan türk xalqlarının ortaq mətbəxinə aid olan lavaş-çörəkbişirmə ənənəsini mənimsəyə bilməyəcək

BAKI, 1 dek-Sputnik. Lavaş çörəkbişirmə ənənəsi "Lavaş, Katırma, Jupka, Yufka — Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" adı ilə YUNESKO-nun (UNESCO) Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bu barədə Sputnik-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, 2016-cı ilin 28 noyabr- 2 dekabr tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyanda Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən YUNESKO-ya birgə təqdim edilən "Lavaş, Katırma, Jupka, Yufka — Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

YUNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylı YUNESKO Hökumətlərarası komitəsinin cari ilin 30 noyabr tarixində keçirilmiş sessiyasının qərarı ilə qəbul edilib.

Sözügedən nominasiya sənədi Azərbaycan Respublikası Mədəniyyət və Turizm və Xarici İşlər Nazirliklərinin, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin və bu sahə üzrə beş ölkənin mədəniyyət nazirlikləri, YUNESKO üzrə Milli komissiyaları, həmçinin sahə üzrə ekspertlərinin birgə əməkdaşlığı ilə hazırlanaraq təqdim olunub. 

Çörəkbişirmə mədəniyyətinin ölkəmizin təşəbbüsü ilə çoxmillətli ənənə kimi YUNESKO-nun Qeyri-maddi mədəni irsin Representative siyahısına verilməsində məqsəd mədəniyyətin birləşdirici, xalqlar və millətlər arasında paylaşılma gücünü nümayiş etdirmək olub. Bu, ölkələr və xalqlar arasında tarixi bağlılığı, əməkdaşlığı, eyni zamanda nominasiyanı birgə təqdim edən ölkələrin YUNESKO-nun və beynəlxalq hüququn ali prinsiplərinə etimadını bir daha sübut edib.

YUNESKO ilə əməkdaşlığın inkişafında, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva oynayıb. Onun dəstəyi ilə hazırda lavaşbişirmə və paylaşma ənənəsindən başqa, Lahıc misgərlik sənəti, Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən-ənənəvi Qarabağ atüstü oyunu isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

Qeyd edək ki, Ermənistan türk xalqlarının ortaq mətbəxini ehtiva edən lavaş-çörəkbişirmə ənənəsini mənimsəməyə çalışırdı. Hər yerdə lavaşı erməni mətbəxinin nümunəsi kimi qələmə verirdi. Ermənistan ilk dəfə YUNESKO-ya lavaşın "Ermənistan çörəyi lavaş" adı altında Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi təşəbbüsü ilə çıxış edib. Türkiyə və Azərbaycanın etirazlarından sonra Ermənistan sənədin adını "Ermənistanda lavaş" kimi dəyişdirib.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bu əlamətdar hadisə münasibətilə xalqımızı təbrik edib.

Əlaqədar

Beş ölkə lavaşa görə Ermənistanla mübarizəyə başladı
Ermənilər türk, gürcü, rus mətbəxini də özəlləşdirirlər
Teqlər:
Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahı, YUNESKO, lavaş, UNESCO, Ermənistan, Azərbaycan

Əsas mövzular