20:15 07 Dekabr 2016
Canlı yayım
Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli mövzusunda beynəlxalq konfrans

"Son 15 ildə dünyada 57 min terror aktı törədilib"

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
11810

Bakıda "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans keçirilib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 1 dek — Sputnik. Bu gün Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) təşkilatçılığı ilə, "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans keçirilib. Sputnik xəbər verir ki, konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə QXADŞ-nin üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav Kilsəsi və Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri, bir sıra ölkələrin səfirləri və digər şəxslər iştirak ediblər.

QMİ sədri çıxışı zamanı bildirdi ki, konfrans dünyada irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda, Qafqazda sülhə və onun qorunmasına xidmət edir. Şeyxülislam ölkəmizdə müxtəlif dinlərə mənsub insanların sərbəst, rahat yaşamaları üçün prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən də danışdı.

"Azərbaycanda sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Burada siyasi iradə böyük önəm daşıyır. Son zamanlar dünyada faciəvi hadisələrin, dini və milli zəmində radiallaşmanın, ekstremizmin, mənəvi dəyərlər böhranının, miqrant probleminin yaşandığı bir dövrdə, Azərbaycandakı multikiltral həyat tərzi nadir bir mədəniyyət nümunəsidir. Bu, bizim həyat tərzimizdir. Biz bunu örnək olaraq, dünyaya təqdim edirik və fəxr edirik ki, bu elitar ideyanın müəllifi İlham Əliyevdir", — Paşazadə bildirib.

  • Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli mövzusunda beynəlxalq konfrans
    "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans

1 / 8
© Sputnik / Irade CELIL
"Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans

O, qeyd edib ki, terrorizçuluqla, islamofobiya təzahürləri ilə mübarizə QXADŞ-nin fəaliyyətində hər zaman önəmli yer tutub: "Bu konfrans —Qafqaz ailəsinin ümumi rifahı və mənafelərinə xidmət amalına sadiqliyin nümayişidir. Bu tədbirin davamı olaraq İran İslam Respublikası hökümətinin dəvəti ilə QXADŞ üzvləri bu ölkəyə səfər edəcək və orada "Qafqazda İslam" mövzusunda konfransa qatılacaqlar".

Daha sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu. Konfransda, həmçinin multikultralizmlə bağlı film nümayiş etdirildi.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirdi ki, Azərbaycanda tolerantlıq bir ənənədir, dövlət siyasətidir: "Biz burada sabit yaşayırıq, tədbirdə iştirak edirik. Hazırda dünyada isə 169 ölkələrarası və daxili münaqişə hökm sürür. 40 ölkədə müxtəlif qanlı savaşlar gedir. Münaqişələr nəticəsində 60 milyon insan yurd-yuvasından didərgin düşüb. Son 15 ildə dünyada 57 min terror aktı törədilib. Bu terror aktlarının iki minini ermənilər azərbaycanlılara qarşı törədiblər".

"Qafqazda ən qaynar münaqişələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə nəticəsində Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal edib, yüz minlərlə azərbaycanlını milli, dini zəmində zorakılığa məruz qoyub", — Komitə sədri qeyd edib.

Əlaqədar

Masallıda qanunazidd dini ədəbiyyatın aşkarlanması üzrə reyd keçirilib
Azərbaycanda 22 dini qurum ləğv olunub
İranda din xadimi uşaqları zorlayıb
Dini fanatizm əməllərinə görə cəza sərtləşdi
Terrorçular onlarla dinc sakini öldürdülər
Teqlər:
dini, QXADŞ, Qafqaz Xalqları Ali Dini Şurası, QMİ, milli, din, Qafqaz, Bakı

Əsas mövzular