20:16 07 Dekabr 2016
Canlı yayım
Əmək haqqı

Azərbaycanda yaşayış minimumun məbləği dəyişir

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
Büdcə müzakirələri (21)
262 0 0

2016-cı il üçün yaşayış minimumu 136 manatdır

BAKI, 1 dek — Sputnik. 2017-ci il üçün yaşayış minimumu 14 faiz və ya 19 manat artırılır. Sputnik-in xəbərinə görə, bunu, Milli Məclisdə büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, "2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində gələn il yaşayış minimumunun 155 manat olması təklif olunur: "Qanun layihəsində yaşayış minimumu, əmək qabiliyyətli əhali üçün 12,7 faiz və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2 faiz və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8 faiz və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb".

Qeyd edək ki, 2016-cı il üçün yaşayış minimumu 136 manatdır.

Mövzu:
Büdcə müzakirələri (21)

Əlaqədar

Keçmiş SSRİ ölkələrində minimum əmək haqqı nə qədərdir?
250 manatdak maaş alan şəxslərin əmək haqqından vergi tutulmayacaq
Türkiyədə teatr aktyoru 3000 manatadək maaş alır
Nazirlərin maaşları kəsildi
Prezidentin bərbəri özündən 5 min avro az maaş alır
Teqlər:
nazir, Samir Şərifov, büdcə, Milli Məclis, maaş, pensiya, əmək haqqı, yaşayış minimumu

Əsas mövzular