CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saxta yumurta, düyü, indi də kürü...

© Sputnik / Dmitry Korobeynikov / Mediabanka keçidQara kürü, arxiv şəkli
Qara kürü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert "həyacan təbili" çalır: "Bazarı təhlükəli, süni məhsullarla doldurublar"

BAKI, 28 noy — Sputnik. "Azərbaycanda qida məhsullarının istehsalçılarının 40 faizi, o və ya bu şəkildə istehlakçıları aldadır". Bunu Sputnik-ə açıqlamasında, "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov deyib.

© Sputnik / Kamilla AliyevaAzad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

Qeyd edək ki, bu günlərdə sosial şəbəkələrdə, yerli bazardan aldığı toyuq yumurtasının sarısını bölməyə, uğursuzcasına cəhd edən istehlakçının görüntüləri yayılıb. Yumurta sarısına barmağı ilə toxunmasına baxmayaraq, jelatin tikəsi kişinin əlindən sürüşürdü.

Sözügedən videoçarx saxta yumurta istehsal edən Çin texnologiyası ilə bağlı bu yaxınlarda yayılan məqaləni yadımıza saldı. Həmin texnologiyanın köməyi ilə hazırlanan yumurtalar insan orqanizminə qarşısıalınmaz zərər verə bilər.

Bununla belə, sözügedən videoçarxın yayımından sonra, Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Baytarlıq Nəzarəti Dövlət Xidməti (DBNX) bəyan etdi ki, ölkəmizə Çindən toyuq yumurtası idxal olunmur. "Çindən ölkəmizə, sadəcə Rusiyada qablaşdırılmış 2 ton düyü daxil olub ki, bu da dövlət standartlarına cavab verir", — rəsmi qurumlar bəyan edib.

E. Hüseynov isə bildirib ki, Çində saxta yumurta istehsal edən texnologiya mövcud olduğu kimi, Azərbaycanda da 20 ildir, saxta qırmızı və qara kürü istehsal edən texnologiya mövcuddur: "Bir neçə il əvvəl bizim təşkilat çalışdı ki, istehsalçılar süni kürünün qabının üzərindən nərə balığının şəklini yığışdırsınlar. Hamı Azərbaycanı kürü istehsal edən ölkə kimi tanıyır. Xaricilər bura gəlirlər ki, təbii məhsul alsınlar. Amma əslində onları aldadırlar. Süni kürünün təbii kürü ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan saxta məhsulların istehsalında demək olar ki, Çindən geri qalmır".

O, əlavə edib ki, Azərbaycana süni yumurtalar Çindən yox, başqa ölkələrdən gəlir. Ona görə də, ekspert məsləhət görür ki, yerli istehsalçılar öz məhsullarının üzərinə öz ticarət nişanlarını yapışdırsınlar, istehsal tarixini və quşçuluq fabrikinin adını yazsınlar.

Yemək yeyən körpə - Sputnik Azərbaycan
SƏHİYYƏ
Körpələrə yedirdiyiniz qidaların tərkibindən xəbəriniz var?

Qeyd etmək lazımdır ki, Azərbaycanda hər bir ev xanımı düyü alarkən, xeyli müddət onun qabına baxır ki, görsün o, sintetik deyil ki. Amma o düyünü qazanda qaynayan suyun içinə ataraq qaynatmayana qədər bilmək olmur ki, o, təbiidir, ya süni. Qeyd olunur ki, süni düyünü nə qədər qaynatsalar da, o, əzilmir və öz formasını uzun müddət saxlayır.

Hüseynov satışda süni düyünün ola biləcəyini istisna etmir. Onun sözlərinə görə, azad bazar ticarəti şəraitində heç kəs biznes strukturlarının işinə müdaxilə edə bilmir: "Şikayətlər olduqda, dövlət orqanları məhkəmələrə müraciət etməyi məsləhət görür. İş adamları da bundan istifadə edərək, ölkəni təhlükəli mallarla doldurur, yerli bazarı çirkləndirirlər".

"Mən birmənalı surətdə Nazirlər Kabinetinə müraciət edərək bildirmişəm ki, bu, anormal vəziyyətdir. Bunun qarşısını almaq lazımdır", — deyə istehlakçı hüquqlarının müdafiəçisi bildirir.

Ekspert, həmçinin qeyd edib ki, bu günlərdə onun təşkilatına, xaricdə istehsal olunmuş yağların keyfiyyətinə şübhə edən şəxslərin müraciətləri daxil olub. İş orasındadır ki, istehlakçıları yerli istehsalçılar da aldadır.

E. Hüseynovun sözlərinə görə, Bakıda "İvanovka" ticarət nişanı ilə süd məhsulları satılır ki, onların İvanovka kəndi ilə heç bir əlaqəsi yoxdur: "Bakıda cəmi iki obyektdə, həqiqətən də İvanovka kəndində istehsal olunan süd məhsulları satılır. Buna baxmayaraq, paytaxtda 13 "İvanovka" adında mağaza fəaliyyət göstərir. Amma o mağazalarda satılan məhsullar, tamamilə başqa yerlərdə istehsal olunur. Belə dükanlardan biri də, "İnşaatçılar" metrostansiyasının yaxınlığında fəaliyyət göstərir".

Ekspert əsl kərə yağını müəyyən etməyin çox sadə üsulunu da qeyd edib: "Qablaşdırılmış yağı soyuducudan çıxarandan sonra ona barmaqla toxunmaq lazımdır. Əgər onda dərin oyuq qalırsa, deməli, o yağ təmiz deyil. Təbii soyudulmuş yağ kifayət qədər bərk olmalıdır".

Bununla əlaqədar olaraq, hüquq müdafiəçisi məsləhət görür ki, qida məhsullarını almamışdan əvvəl onların qablarına ehtiyatla toxunaraq yoxlamaq lazımdır.

Xəbər lenti
0