Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə hökuməti o saytı bağlamaqla doğru qərar verdi

Abunə olmaq
Türkiyə hökumətinin qərarı ilə "Azadlıq" qəzetinin Ankara təmsilçisi Aydın Taşın da jurnalist vəsiqəsi ləğv edilib.

BAKI, 23 noy — Sputnik. Bəzi yerli media orqanlarının yaydığı məlumata görə, Türkiyədə Azərbaycan əleyhinə fəaliyyət göstərən "kurultay.com.tr" adlı internet qəzetinin fəaliyyəti dayandırılıb. Türkiyə hökumətinin qərarı ilə "Azadlıq" qəzetinin Ankara təmsilçisi Aydın Taşın da jurnalist vəsiqəsi ləğv edilib.

"Kurultay.com.tr" saytının fəaliyyətinin dayandırlmasına səbəb Azərbaycan dövləti haqqında reallığa uyğun olmayan və qərəzli informasiyaları yayımlamasıdır.

Məlumata görə, Türkiyədə erməni diasporu və bəzi xarici təşkilatlar tərəfindən maliyyələşən, idarə olunan və Azərbaycana qarşı yönəldilən digər media orqanları və jurnalistlərə qarşı da ciddi tədbirlər həyata keçirilməyə başlanıb. Artıq bir neçə mətbu orqana fəaliyyətləri ilə bağlı ciddi xəbərdarlıq edilib.

Əflatun Amaşov - Sputnik Azərbaycan
Əflatun Amaşov: Bu şəraitdə mediaya həssas yanaşmaq lazımdır
Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov mövzunu Sputnik-ə şərh edib.

"Təəssüf ki, Türkiyədə bir sıra saytlar var ki, Azərbaycan haqqında kifayət qədər yanlış informasiyalar yayırlar, iki qardaş dövlətin münasibətlərinə xələl gətirməyə çalışırlar. Həmin saytlardan biri də "kurultay.com.tr" saytıdır ki, Türkiyə hökuməti doğru qərar verərək, o saytın yayımını dayandırdı. Bu cür saytlar həm bizi həm də Türkiyə dövlətini narahat edirdi. Yəqin ki, bundan sonra da Azərbaycan-Türkiyə əlaqələrinə xələl gətirəcək yayım orqanları lazımi cavabı alacaqlar. Onların arxasında kimlərin durmasından, hansı təşkilatların onları maliyyələşdirməsindən asılı olmayaraq, o cür saytları da eyni aqibət gözləyir".

Əflatun Amaşov 15 iyul Türkiyədə çevrilişə cəhd olan gecə Azərbaycan mediasının hadisələrə obyektiv yanaşdığını yada salaraq, bizim mətbuatın öz missiyasını uğurla yerinə yetirdiyini deyib.

"Azərbaycanla Türkiyə bir-birinə yaxın ölkələrdir. Yadınızdadırsa, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd olarkən ölkəmiz Türkiyənin qanuni hökumətinin yanında oldu. Azərbaycanın mətbu orqanları da o zaman hadisələri obyektiv işıqlandırmağı bacardı. Yəni biz öz missiyamızı uğurla yerinə yetirdik". 

Xəbər lenti
0