CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərə aşma əleyhinə simulyator təklif olunacaq

© Sputnik / Ilham MustafayevBakıda “Təhlükəsizlik kəməri sizi həyata bağlayır” adlı layihyəyə start verilir
Bakıda “Təhlükəsizlik kəməri sizi həyata bağlayır” adlı layihyəyə start verilir - Sputnik Azərbaycan
Abunə olmaq
Aşma simulyatoru, avtomibilin aşma anını simulyasiya edir və qəza anında kəmərin sürücünü necə qoruduğunu əyani göstərir

BAKI, 22 noy — Sputnik. Bakıda "Təhlükəsizlik kəməri sizi həyata bağlayır" adlı layihəyə start verilir. "Hed Academi Azerbaijan", Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) və "Park Bulvar" AVM-in birgə təşkilatçılığı ilə, dekabrın 3-ü, 4-ü və 5-də Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə həsr olunan layihə həyata keçiriləcək.

"Hed Academi Azerbaijan"ın PR meneceri İbrahım Mirzəyevin Sputnik-ə açıqlamasına görə, layihədə əsas məqsəd insanları təhlükəsizlik kəmərinin əhəmiyyəti, mahiyyəti və düzgün istifadə qaydaları haqqında məlumatlandırmaqdır. Burada, həmçinin Azərbacanda ilk dəfə "Hed Academi Azerbaijan"a məxsus "Aşma Əleyhinə Simulyator" geniş ictimayyətə təqdim olunacaq.

© Sputnik / Ilham MustafayevBakıda “Təhlükəsizlik kəməri sizi həyata bağlayır” adlı layihyəyə start verilir
Bakıda “Təhlükəsizlik kəməri sizi həyata bağlayır” adlı layihyəyə start verilir - Sputnik Azərbaycan
Bakıda “Təhlükəsizlik kəməri sizi həyata bağlayır” adlı layihyəyə start verilir

Aşma simulyatoru, avtomibilin aşma anını simulyasiya edəcək və qəza anında kəmərin sürücünü necə qoruduğunu əyani göstərəcək. Aşma simulyatoruna əyləşən sürücü, simulyator dönməyə başladıqda, kəmərin onu necə saxladığını görəcək və kəmərsiz yarana biləcək təhlükənin şahidi olacaq.

3 gün ərzində aşma simulyatoruna əyləşən hər bir şəxs, həm də müsabiqədə iştirak etmək şansı qazanacaq. İbrahim Mirzəyev, layihə çərçivəsində, həmçinin suallara doğru cavab verən şəxslərə "Hed Academi Azerbaijan", "Park Bulvar" AVM və digər tərəfdaşlar tərəfindən dəyərli hədiyyələr təqdim olunacağını bildirdi.

Qeyd edək ki, "HED Akademi Azerbaijan" 1991-ci ildə Almaniyada C&E adlı şirkət kimi yaradılıb. Şirkət Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyət baxımından yol təhlükəsizliyinə daxil olan bütün mövzularda beynəlxalq sertifikatlı mütəxəssisləri ilə təlim, konsaltinq və təşkilati xidmətlər təşkil edir.

Xəbər lenti
0