CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dini fanatizm əməllərinə görə cəza sərtləşdi

Abunə olmaq
CM-də edilən dəyişikliyə görə, dini düşmənçilik zəminində silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştiraketməyə görə 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq olunacaq.

BAKI, 28 okt — Sputnik. Milli Məclisin plenar iclasında Cinayət Məcəlləsində dəyişikliklərə baxılıb.

Sputnik xəbər verir ki, Məcəllənin 167-1-ci maddəsinə yeni 4-ü bənd əlavə edilib.

Millət vəkili Əli Hüseynli layihə barədə danışaraq bildirib ki, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, dini təhsil almağa məcbur edən şəxslərin 7000 manatdan 9000 manata qədər cərimələnməsi, 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur. 

“Dünyəvi dövlətçilik, yoxsa dini radikalizm: cəmiyyət nə istəyir?” mövzusunda debat - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Bu hüquq və azadlıqlar dini dövlətlərdə mövcud deyil"

Məcəllənin 214-cü maddəsindəki dəyişikliyə əsasən, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəmnində törədilən əməllərə görə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək. 

Cinayət Məcəlləsinin 279-cu maddəsində edilən dəyişikliyə görə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştiraketməyə görə 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq olunacaq.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0