CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ASAN Xidmət Kürdəmirə yola düşüb

© Photo : ASAN XidmətSəyyar ASAN Xidmət. Arxiv şəkli
Səyyar ASAN Xidmət. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsinə nail olunmasıdır

BAKI, 26 okt — Sputnik. Səyyar ASAN xidmət 25 oktyabr — 8 noyabr tarixlərində Xırdalan və Kürdəmirdə vətəndaşlara səyyar formada xidmət göstərəcək. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bundan başqa, Səyyar ASAN xidmət avtobusları 4 oktyabr — 2 noyabr Goranboy, Ağdaş və İsmayıllıda, 24 oktyabr — 7 noyabr Yardımlı və Neftçalada, 24 oktyabr — 22 noyabr Qubada, 24 oktyabr — 2 noyabr Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir:

Səyyar ASAN xidmət. Arxiv şəkli - Sputnik Azərbaycan
Səyyar ASAN bu rayonlara gedir

Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər lenti
0