02:26 05 Dekabr 2016
Canlı yayım
Bakıda leysan

Bakı sakinləri üzləşdikləri mənzərə qarşısında dəhşətə gəldilər

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
115020

Son üç gündə yağan aramsız yağış şəhərin əksər hissələrində dözülməz vəziyyət meydana çıxarıb

BAKI, 18 okt — Sputnik. Bir neçə gün yağan aramsız yağış paytaxt küçələrini keçilməz hala salıb. Şəhərdə hərəkət iflic olub. Sputnik-in əməkdaşı, bununla bağlı paytaxt sakinlərinin hansı problemlərlə üzləşdikləri haqda kiçik sorğu keçirib.

Könül Əliyeva — əczaçı: "Yeni Yasamal bərbad vəziyyətdədir. Yollarda hərəkət etmək mümkün deyil. Səhər taksi ilə işə getməli oldum. Bakıya yağan yağış mənə 10 manata başa gəldi".

Günel Cəlilova — jurnalist: "Yağışın Bakıya yaraşmadığı haqqında fikir səslənir. Bu fikir indi də özünü doğrultdu. Bu dəfə Bakıya həddindən artıq yağış yağıb. Və yağan yağış yollarda elə gölməçələr yaradıb ki, heç maşınlar belə, həmin ərazidən keçə bilmir. Əsl gölməçəni mən Bakıxanov qəsəbəsində müşahidə etdim. Bakıxanov Çörək Zavodunun ətrafında elə bir uzun "çay" yaranıb ki, heç avtobuslar o tərəfdən yolunu salmır. Yaşadığım ərazidə də vəziyyət bərbaddır. Suraxanı rayonu Bahar qəsəbəsindəki fərdi həyət evlərinə gediş-gəliş mümkünsüzdür".

Rəhman Rəsulov — radio aparıcısı: "Bu iki gündə ən çox problemlə üzləşdiyim ərazi Ziya Bünyadov prospekti ilə Atatürk prospektinin kəsişməsi idi. O boyda yolda çox kiçik ölçülü drenaj sistemi qurulub. Bu da heç nəyə kömək etmir".

Vüqar Qarayev — marketoloq: "Ziya Bünyadov prospektinə səhər saat 11:00-da daxil oldum və günorta 14:15-də oradakı tıxacdan ancaq çıxa bildim. Qərara almışam, yağış kəsənə və şəhər özünə gələnə kimi piyada hərəkət edim. Şəhərin hər tərəfi iflic olub. Yollar bərbaddır".

Nicat Əlibəyli — sığorta mütəxəssisi: "Binəqədidə, tam olaraq "Zəngəzur" şadlıq sarayının önü, izah olunmaz dərəcədə bərbad haldadır. Hətta, ara küçələrə giriş-çıxış bağlanıb. Bir sözlə, nə maşınla, nə də piyada hərəkət etmək mümkündür".

Sevinc Şabanova — tələbə: "Bakı kəndlərində vəziyyət daha açınacaqlıdır. Yollar bərbaddır. Asfalt örtüyü yoxdur, kanalizasiya sistemindən söhbət belə, gedə bilməz. Yağış yağan kimi yollar, sadəcə keçilməz olur. evdə oturub günəşin çıxmasını gözləməli oluruq".

Azər Sarıyev — Jurnalist: "Həsən bəy Zərdabi küçəsində, 78 v ünvanında avtobusa minmək üçün yolu keçməli idim. Amma yol əvəzinə gölməçəni keçməli oldum. Orada vəziyyət belədir".

Elçin Əfəndi — dedektiv yazıçı: "Dünən səhər qəlyanaltı etmək üçün Nərimanova getdim. Oraya qədər tıxacdan tərpənmək olmurdu. Yollar bərbad haldadır. Yağış bir az da davam etsə, şəhərin yolları iflic hala düşəcək və bütün küçələr bağlanacaq".

Əlaqədar

Paytaxtda hərəkət iflic oldu
Yağan qar paytaxtın infrastrukturunu iflic etdi
Yağış ara verməyəcək
Güclü külək əsəcək, yağış yağacaq
Bazar günü bəzi yerlərdə yağış yağacaq
Teqlər:
iflic, sakin, Bakı, küçə, şəhər, yağış

Əsas mövzular