02:23 05 Dekabr 2016
Canlı yayım
Küçədə sel gedir

Küçələri su basmasına rəsmi aydınlıq gətirildi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
207 0 0

Anar Nəcəfli: "Hazırda Binəqədi şosesindən başqa heç bir yolda subasma ilə bağlı problem yoxdur"

BAKI, 18 okt — Sputnik. "Hazırda qeyri-sabit hava şəraiti ilə bağlı Respublikanın avtomobil yollarında hər hansı bir problem müşahidə olunmur".

Bakıda yağış
© Foto: Irade Celil

Bu haqda Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, Bakı şəhərində bəzi ərazilərdə yollarda müşahidə olunan tıxacların yağışlı hava ilə heç bir əlaqəsi yoxdur.

"Ötən gün bəzi ərazilərdə yolların su basması ilə müşahidə olunan problemlər aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. Bu gün Binəqədi şosesindən başqa heç bir yolda subasma ilə bağlı problem yoxdur. Avtonəqliyyat vasitələrinin normal və maneəsiz şəkildə hərəkəti təmin olunub", — ASC sözçüsü qeyd edib.

O bildirib ki, Binəqədi şosesində yaxınlıqda olan bir neçə açıq su kanalının daşması nəticəsində yola su dolub: "Hazırda bu ərazidə olan problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır".

Əlaqədar

Yağış ara verməyəcək
Güclü yağış Bakıda 35 nəfərin həyatını təhlükəyə atıb
Sabahın hava proqnozu: külək, yağış, şimşək
Yağışlar nəticəsində Azərbaycan sürüşməyə başlayıb
Paytaxt və bölgələrdə yağış yağacaq
Teqlər:
Bakı, Anar Nəcəfli, "Azəravtoyol" ASC, küçə, yol, hava

Əsas mövzular