CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Altında oğurlanmış tarix yatan məbəd

© Sputnik / Shahperi AbbasovaŞəkinin Kiş kəndindəki Alban məbədi
Şəkinin Kiş kəndindəki Alban məbədi - Sputnik Azərbaycan
Abunə olmaq
Qazıntılar zamanı bəlli olub ki, əslində kilsə adlandırılan bu tikili eramızdan əvvəl 3-1-ci əsrlərdə mövcud olmuş atəşpərəst məbədi olub. Kilsə məbədin bünövrəsi üstündə ucaldılıb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 okt — Sputnik. Tarixi abidələr hər bir dövlətin və xalqın keçmişinin, mədəniyyətinin və inkişafının göstəricisi sayılır. Fərəhlə qeyd etməliyik ki, ilk insan məskəni kimi tanınan Azərbaycanın ərazisi yaşı minilliklərə, əsrlərə gedib çıxan maddi mədəniyyət nümunələri ilə zəngindir.

Hacı Muradın Qax rayonunundakı qəbrinin başdaşındakı şəkil - Sputnik Azərbaycan
CƏMİYYƏT
Başsız bədənin uyuduğu sirli qəbir

Azərbaycan tolerant bir ölkədir. Burada bütün dinlərdən olan insanlar azad şəkildə ibadətlərini edə bilirlər. Hətta bunun üçün şərait də yaradılır. Ümumiyyətlə isə müəyyən dövrlərdə Azərbaycanda müxtəlif dinlər mövcud olub: atəşpərəstlik, xristianlıq və nəhayət, müsəlmanlıq.

Tarixin bir sıra dönəmlərində ölkəmizin yadelli basqınlara məruz qalması isə tariximizdə sağalması vaxt aparan yaralar açıb. Şəkidəki Kiş Alban məbədinin tarixi kimi.

Azərbaycan ərazisindəki qədim tarixi abidələrdən biri Şəkinin Kiş kəndindəki qədim Alban məbədidir. Bu məbəd nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda, təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir.

Məbədin bələdçisi Şərafət Həmidovanın sözlərinə görə, Kiş Alban məbədi eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə həm də Erkən Orta əsrlərdə Qafqazda yaranan ilk günbəzli, zal tipli məbəddir.

Məbədin içərisində və həyətində aparılan qazıntılar zamanı bir sıra maraqlı tapıntılar, o cümlədən abidənin əsrlər boyu mədəni mərkəz olduğunu göstərən keramika qalıqları, qızıl və tunc bəzək əşyaları üzə çıxarılıb. Məbədin həyətində yerləşən sənduqə qəbirdə insanlar üst-üstə dəfn olub.

© Sputnik / Shahperi AbbasovaKiş kəndindən bir görüntü.
Kiş kəndindən bir görüntü - Sputnik Azərbaycan
1/6
Kiş kəndindən bir görüntü.
© Sputnik / Shahperi AbbasovaBəzi müəlliflərə görə Kişdəki Alban məbədi Qafqazın ilk kilsəsidir.
Bəzi müəlliflərə görə Kişdəki Alban məbədi Qafqazın ilk kilsəsidir - Sputnik Azərbaycan
2/6
Bəzi müəlliflərə görə Kişdəki Alban məbədi Qafqazın ilk kilsəsidir.
© Sputnik / Shahperi AbbasovaMəbədin həyətində yerləşən sənduqə qəbir.
Məbədin həyətində yerləşən sənduqə qəbir - Sputnik Azərbaycan
3/6
Məbədin həyətində yerləşən sənduqə qəbir.
© Sputnik / Shahperi AbbasovaKilsə adlandırılan bu yer əslində özündən əvvəl antik dövrdə eradan əvvəl III-I əsrlərdə mövcud olmuş atəşpərəst məbədi olub.
Kilsə adlandırılan bu yer əslində özündən əvvəl antik dövrdə eradan əvvəl III-I əsrlərdə mövcud olmuş atəşpərəst məbədi olub - Sputnik Azərbaycan
4/6
Kilsə adlandırılan bu yer əslində özündən əvvəl antik dövrdə eradan əvvəl III-I əsrlərdə mövcud olmuş atəşpərəst məbədi olub.
© Sputnik / Shahperi AbbasovaArxeoloji qazıntılar zamanı qadınların bəzək əşyaları ilə birgə dəfn olunduğu məlum olub.
Arxeoloji qazıntılar zamanı qadınların bəzək əşyaları ilə birgə dəfn olunduğu məlum olub - Sputnik Azərbaycan
5/6
Arxeoloji qazıntılar zamanı qadınların bəzək əşyaları ilə birgə dəfn olunduğu məlum olub.
© Sputnik / Shahperi AbbasovaBura tarixi abidə olmaqala yanaşı həm də insanların inanc yeridir.
Bura tarixi abidə olmaqala yanaşı həm də  insanların inanc yeridir - Sputnik Azərbaycan
6/6
Bura tarixi abidə olmaqala yanaşı həm də insanların inanc yeridir.
1/6
Kiş kəndindən bir görüntü.
2/6
Bəzi müəlliflərə görə Kişdəki Alban məbədi Qafqazın ilk kilsəsidir.
3/6
Məbədin həyətində yerləşən sənduqə qəbir.
4/6
Kilsə adlandırılan bu yer əslində özündən əvvəl antik dövrdə eradan əvvəl III-I əsrlərdə mövcud olmuş atəşpərəst məbədi olub.
5/6
Arxeoloji qazıntılar zamanı qadınların bəzək əşyaları ilə birgə dəfn olunduğu məlum olub.
6/6
Bura tarixi abidə olmaqala yanaşı həm də insanların inanc yeridir.

Arxeoloji qazıntılar zamanı qadınların bəzək əşyaları ilə birgə dəfn olunduğu məlum olub. Aparılan arxeoloji qazıntılar təsdiq edib ki, bu abidə Qafqazda ən qədim məbəddir və əsası xristian missioneri Apostol Yelisey tərəfindən I əsrdə qoyulub.

Abidənin memarlıq xüsusiyyətləri Qafqaz Albaniyası memarlığının ilkin xristian mərhələsinə aiddir. Vaxtilə məbədin üzərində onun müqəddəs Yelisey Kilsəsi olduğunu və 1244-cü ildə yenidən qurulduğunu bildirən kitabə olub.

Şərafət xanım onu da qeyd etdi ki, sözügedən məkan tarixi abidə olmaqla yanaşı, həm də insanların inanc yeridir: "Yerli camaatla yanaşı başqa bölgələrdən də gələn insanlar buranı ziyarət edirlər. Niyyət tutub qəpiyi divara yapışdırırlar, əgər niyyətin qəbul olunarsa qəpik divara yapışar".

Hələ 1981-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən aparılan arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində olduğunu sübut edib. Maraqlıdır ki, Misirdəki ehramlar da məhz bu cür bünövrə üzərində inşa olunub. 2001-ci ildən isə məbədin öyrənilməsi, bərpası və muzeyləşdirilməsi ilə əlaqədar olaraq burada "Kiş" layihəsi üzrə tədqiqat-bərpa işlərinə başlanılıb. 2003-cü ilin sentyabr ayında isə bu tarixi abidənin açılışı olub.

Layihə məşhur norveçli alim və səyyah Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Dörd mərhələdən ibarət olan layihənin birinci mərhələsi məbədin arxeoloji cəhətdən öyrənilməsinə həsr olunub. Arxeoloji qazıntıların məhdud ərazidə aparılmasına baxmayaraq, Kiş məbədinin tarixinin bütün mərhələlərini izləmək mümkün olub.

Tədqiqatın nəticəsində aydın olub ki, Kiş məbədi 5 tikinti mərhələsi keçib. Abidə dövrümüzə yeniləşdirilmiş görkəmdə gəlib çatıb. Məbədin divarları həm içəridən, həm də çöl hissədən qismən suvaqlanıb. Qapı və pəncərələrə istinadən yenidənqurma işlərinin tikilinin yuxarı hissəsində aparıldığını görmək olar.

Bununla belə, məbəd özündə ilkin və sonrakı tikililərin maraqlı detallarını saxlayır. Əhəngdaşından tikilmiş məbədin ən aşağı qatlarının arxeoloji tədqiqi mübahisələrə səbəb olan abidənin ilkin tikinti tarixini təyin etməyə imkan yaradıb.

Zəyəm qəbiristanlığındakı qədim qəbirlərdən biri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yaşı 3 min il, boyu 2.5 metr olan ölülər

1999-2000-ci illərdə aparılan araşdırmalardan sonra məlum olub ki, əslində Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın ilk xristian kilsəsi kimi qələmə verilən Şəkinin Kiş kəndindəki Kiş Alban məbədinin tarixi daha qədimlərə gedib çıxır. Hətta elə indi də bəzilərinin "Müqəddəs Yelisey kilsəsi" adlandırdığı abidəyə qoşulan rəvayətlərsə tarixin yalnız saxtalaşdırılması məqsədini daşıyıb.

Üzə çıxan faktlar, məbədin I əsrdə Yelisey tərəfindən əsası qoyulması kimi məlumatların saxta olduğunu göstərdi. Qazıntılar zamanı aşkarlanan tapıntılar sübut etdi ki, əslində kilsə adlandırılan bu yer özündən əvvəl antik dövrdə — eradan əvvəl 3-1-ci əsrlərdə mövcud olmuş atəşpərəst məbədi olub. Kilsə məbədin bünövrəsi üstündə ucaldılıb. Bizim eranın 5-ci əsrində isə üstündə qüllə tikilərək indiki formaya salınıb.

Ümumiyyətlə, qədim alban məbədlərinin qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Son illərdə bu tarixi-mədəni irsin bütün dünyada tanıdılması üçün çox işlər görülüb. Qeyd etdiyimiz kimi, ermənilər daim alban məbədlərini və onlara aid maddi-mədəni nümunələri öz adlarına çıxmağa çalışıblar.

Lakin Azərbaycan dövlətinin beynəlxalq ictimaiyyəti də cəlb etməklə həyata keçirdiyi tədbirlər nəticəsində ermənilərin alban tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısı alınıb. Aparılan işlərin nəticəsidir ki, artıq dünya ictimaiyyəti alban məbədlərinin məhz Azərbaycana məxsus olması barədə kifayət qədər məlumatlıdır.

Xəbər lenti
0