CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda avtomobil sahibi olmağın belə dərdi də varmış

© Sputnik / Fuad HasanovAvtomobillər
Avtomobillər - Sputnik Azərbaycan
Abunə olmaq
Günahkar əlini-qolunu sallayıb ortalıqda gəzir, zərərçəkmiş isə haqqını kimdən tələb etməli olduğunu bilmir

BAKI, 28 sen — Sputnik. ""20 yanvar dairəsi"ndə taksi xidmətlərindən birinə məxsus avtomobil mənim maşınıma çırpıldı. Avtomobilim əzildi. Qarşı tərəfin günahı üzərindən atması, hadisə yerinə DYP əməkdaşı çağırmağıma səbəb oldu. DYP əməkdaşı, ardınca da təhqiqatçı gələrək günahın qarşı tərəfdə olduğunu təsdiqlədilər. Lakin əsl problem bundan sonra başladı".

Bakıda DYP avtomobili. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ağız iyləməklə protokol yazıla bilməz!

Bu sözlər Sputnik-in redaksiyasına müraciət edən paytaxt sakini Rövşən Əliyevə məxsusdur. Dediyinə görə, hadisənin üstündən 10 günə yaxın müddət keçsə də, ona dəymiş maddi zərər qarşılanmayıb: "Taksi sürücüsü hələ də günahın onda olmadığını iddia edir. DYP rəsmiləri də hadisə yerində hadisənin kim tərəfindən törədildiyini bildirsələr də, nə həmin sürücüyə protokol tətbiq etdiklərini deyirlər, nə də mənə dəyən zərərin ödənilməsini təmin edirlər. Əksinə, deyirlər ki, "pulunu taksini sığorta etmiş şirkətdən tələb et". Amma niyə? Niyə mən hansısa sığorta şirkətinin qapısına ayaq döyməliyəm?".

Bu cür hallar ölkəmizdə ilk dəfə baş vermir. Belə problemli məqamlarda hər zaman qanunvericilikdəki boşluqlar məsələsi gündəmə gəlir. Bəs, qanunvericiliyin bu fakt üzrə konkret tələbi necədir? Zərərçəkmiş haqqını kimdən tələb etməli, yaxud tələb etdirməlidir? Həmçinin, zərərçəkmiş hadisəni törədən şəxsə DYP əməkdaşı tərəfindən tərtib olunan protokolun surətini tələb etməyə haqqı varmı? Sputnik bu və digər suallara aydınlıq gətirmək üçün ekspertlərə müraciət edib.

© © E.Həsənovun şəxsi arxivindənVəkil Elyar Həsənov
Vəkil Elyar Həsənov - Sputnik Azərbaycan
Vəkil Elyar Həsənov

"Ziyan çəkən sürücü taksi sürücüsünü, taksi sürücüsünün idarə etdiyi maşının sahibini (əgər taksi şirkətindirsə), maşın icbari sığorta olunubsa, həmin sığorta şirkətini eyni anda məhkəməyə verə bilər. Sürücü məhkəmədə müxtəlif dəlillərlə, məsələn protokol, 3-4 şahid, foto şəkil, video görüntü və başqa yollarla sübut etməlidir ki, taksi sürücüsü günahkardır və bu zaman məhkəmə qanuna uyğun olaraq 3 şəxsdən birindən cəriməni tutacaq", — vəkil Elyar Həsənov deyib.

Yuxarıda qeyd olunan fakt üzrə protokolun tələb olunması məsələsinə gəlincə, vəkil bildirib: "Bunun üçün şikayətçi ərizə ilə polis idarəsinə müraciət etməlidir. Və sürücü məktubda göstərməlidir ki, protokol məhkəməyə təqdim olunması üçün lazımdır. Bu zaman polis idarəsi protokolun sürətini zərərçəkən sürücüyə təqdim etməlidir".

© Facebook / Ərşad HüseynovYol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov - Sputnik Azərbaycan
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov

Yol nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynova görə isə, DYP əməkdaşı hadisəyə hüquqi qiymət verməlidir: "Yol polisi əməkdaşı günahkarla bağlı rəsmi qərar çıxarmalı və cərimə tətbiq etməlidir. Taksi sürücüsünün də icbari sığortası olmalıdır. Polis hadisədən çıxardığı nəticəni həmin sığorta şirkətinə təqdim edir və şirkət vətəndaşın pulunu ödəyir".

"Polisin işi, sadəcə hadisəni araşdırıb, günahkarı müəyyən etməkdir. DYP digər işlərə qarışa bilməz", — ekspert vurğulayıb.

Qeyd edək ki, hadisə ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BŞBDYPİ) mətbuat xidmətinin rəisi Vaqif Əsədovun da mövqeyini öyrənməyə çalışdıq. Lakin iki gün ərzində etdiyimiz cəhdlərin hamısı nəticəsiz qaldı — Vaqif müəllim ictimaiyyətə bəlli olan telefon nömrəsinə etdiyimiz zənglərə cavab vermədi.

Xəbər lenti
0