CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dini radikalizm haradan qaynaqlanır?

© Sputnik / Murad OrujovSputnik Azərbaycan Mətbuat Mərkəzində "Dini təbliğata necə münasibət bəsləməli və nəyi dini təbliğat saymalı?" mövzusunda mətbuat konfransı
Sputnik Azərbaycan Mətbuat Mərkəzində Dini təbliğata necə münasibət bəsləməli və nəyi dini təbliğat saymalı? mövzusunda mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Ülkər Abdullayeva: "Son vaxtlar, xüsusən də Nardaran hadisələri zamanı Azərbaycanda dini radikalizm məsələsi diqqət mərkəzinə gəlib"

BAKI, 22 sen — Sputnik. "Dünyəvi dövlətlərdə din dövlətdən ayrı olur. İnsanların öz inancları, ruhani dünyaları, dini etiqad və vicdan azadlıqları var, lakin onların bu azadlıqları siyasətə qarışmır, dövlət idarəçiliyinə müdaxilə etmir".

Qaxda dini radikalizm və dünyəvi dövlətçiliklə bağlı debat keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Radikal cərəyanların məqsədi dinin keşiyində dayanmaq deyil"

Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Dinə necə münasibət bəsləməli və nəyi dini təbliğat saymalı?" mövzusunda keçirilən mətbuat konfransında, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva belə deyib. Onun sözlərinə görə, Azərbaycanda dini radikalizm son zamanlara qədər elə də populyar bir mövzu deyildi.

"Çünki Azərbaycan tarixən başqa dinlərə tolerant yanaşmış ölkədir və burada radikalizmə gətirib çıxaracaq amillər yox idi. Biz xarici ölkələrə gedəndə Azərbaycan haqda deyirlər ki, çox qəribədir, sizdə sinaqoq, kilsə və məscid yan-yana dayanıb. Bu, bizim üçün çox böyük dəyərdir, çünki biz ölkəmizdə hər kəsin dininə hörmətlə yanaşır, azlıqda olan dinlərin nümayəndələrinə öz dini inanclarını yaşatmağa şərait yaradırıq. Ölkə əhalisinin 96%-i İslam dininin təmsilçiləridir. Bizdə şiə təriqətinin nümayəndələrinin sayı üstünlük təşkil edir. Lakin bizdə müxtəlif təriqətlər arasında da qlobal anlamda münaqişələr heç zaman olmayıb", — deyə o bildirib.

Birlik sədrinin sözlərinə görə, son vaxtlar, xüsusən də Nardaran hadisələri zamanı Azərbaycanda dini radikalizm məsələsi diqqət mərkəzinə gəlib: "Bəzi dindarlar artıq ölkənin siyasi həyatına müəyyən mənada müdaxilə etməyə cəhd edirdilər. Bunun isə qarşısı hüquq-mühafizə orqanları tərəfindən alındı. Məlumdur ki, Azərbaycandan bəzi adamlar İŞİD sıralarına qoşulmağa başladılar. Onların qanunsuz yollarla Türkiyə və Suriya sərhədini keçərək İŞİD terror qruplaşmasına qoşulmasına dair məlumatlar var".

Ekspertin sözlərinə görə, bunun səbəbi müəyyən radikal qruplaşmaların insanların sosial-iqtisadi vəziyyətindən, məlumatsızlığından istifadə edərək onları ələ alması, beyinlərini yumasıdır: "Bəzi dini cərəyanlar işsizlik və insanların sosial-psixolojı vəziyyətindən istifadə edərək onları öz tərəflərinə çəkir".

Ü. Abdullayeva Azərbaycan qanunvericiliyinə dini fanatizm və düşmənçilik zəminində Konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı ağır cəzaların tətbiqi, ibadətgahlardan kənarda və ictimai yerlərdə dini şüarların səsləndirilməsinin, dini atributların və dini bayraqların nümayişinin qadağan edilməsi ilə bağlı təklifləri də şərh edib.

Teoloq Hacı Adil Hüseynoğlu isə öz növbəsində deyib ki, ibadətgahlardan kənarda və ictimai yerlərdə dini şüarların səsləndirilməsinin, dini atributların və dini bayraqların nümayişinin qadağan edilməsi ilə bağlı təkliflər müəyyən uyğunsuzluq yaradır. Ekspertin fikrincə, yaxşı olardı ki, qadağa qeyri-ənənəvi dinlərin təbliğatına yönələydi.

"Dini radikal meyllər savadsızlıqdan irəli gəlir. İnsanların radikal dini təriqətlərə və qruplaşmalara qoşulmaması üçün təhsil müəssisələrində insanlıq əleyhinə olmayan din modellərinin tədrisinə yer verilməlidir", — teoloq qeyd edib.

Xatırladaq ki, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Sekulyar dövlətçilik, dini radikalizm və insanlıq əleyhinə çevrilməyən din modeli" ilə bağlı maarifləndirmə layihəsini icra edir.

Xəbər lenti
0