CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qlobal dünyanın çağırışlarına hazırıqmı?

Abunə olmaq
"Qloballaşmanın milli-mənəvi dəyərlərə təsiri" mövzusunda seminar keçirilib

BAKI, 21 sen — Sputnik. Bir vaxtlar bəşəriyyəti, sosialist ideyaları vasitəsilə birləşdirmək istəyirdilər, indi isə qloballaşma siyasəti həyata keçirilir. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Qloballaşmanın milli-mənəvi dəyərlərə təsiri" mövzusunda keçirilən seminarda professor Nəsir Əhmədli belə deyib.

İnternat məktəbində Respublika gününə həsr olunmuş Elm Öyrənək adlı tədbir keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Qloballaşma dövründə milli özünəməxsusluğun qorunması elmdən keçir"

Onun sözlərinə görə, hazırkı qloballaşma daha geniş anlayışdır: "Çünki elektron media və internet dünyanın hər bir yeri ilə əlaqə saxlamağa imkan verir. Burada ikitərəfli axın var: dünyadan bizə axın gəlir, bizdən isə dünyaya axın gedir. Medianın əsas vəzifəsi daxil olan lazımi informasiyanı götürüb təbliğ etmək, lazımsızları isə kənara qoymaqdır".

Professorun fikrincə, bizdən dünyaya gedən informasiyaya xüsusi nəzarət etmək lazımdır ki, üzdə olan milli-mənəvi dəyərlərimizi xaricə çatdıra bilək: "Bizdə dünyanın heç bir yerində olmayan dəyərlər var. Bu tarixən formalaşmış milli-mənəvi dəyərlərimizi qorumaq lazımdır. Bu sahədə isə radio və televiziyanın roluna xüsusi diqqət yetirmək lazımdır".

Jurnalist İlqar Rəsulun sözlərinə görə isə, qloballaşma məsələsinə müxtəlif yanaşmalar var: "Dünya qloballaşmağa məhkumdur. Amma dünya buna cəhd etdikcə informasiya məkanında, hərbi-siyasi sahədə və iqtisadi proseslərdə daha çox dağıntılar baş verir. Nəticədə, biz qloballaşan dünya əvəzinə dağılan dünya müşahidə edirik".

İlqar Rəsul hesab edir ki, bu dağıntıların konkret səbəbləri var: "Dünyanın taleyini həll edən böyük dövlətlərin yanaşmaları bir sıra məsələlərdə uyğun gəlmir və problemlər daha da gərginləşir".

Jurnalist Natiq Məmmədli bildirib ki, qloballaşmaya hazır olmaq üçün biz müəyyən inkişaf mərhələlərini keçməliyik: "Öz istəyimizdən asılı olmayaraq, biz qlobal dünyanın tərkib hissəsinə çevrilirik. Yaxşı olardı ki, bizim cəmiyyətimiz bu məsələyə hazır olaydı. Təəssüf ki, biz qloballaşmaya indi də hazır deyilik. Bu, cəmiyyətin inkişafının təkamülündən irəli gəlməlidir".

Qeyd edək ki, seminar Gələcəyə Baxış Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilib.

Xəbər lenti
0