Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu günə olan rəsmi valyuta məzənnələri

© Sputnik / Murad OrujovMərkəzi Bank
Mərkəzi Bank - Sputnik Azərbaycan
Abunə olmaq
Dollar ucuzlaşıb, avro manata nisbətən möhkəmlənib, rubl və lirə dəyər itirib

BAKI, 15 sen — Sputnik. Mərkəzi Bank (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 14-ü ilə müqayisədə 0,1% azalaraq 1,6375 manat olub.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,1% möhkəmlənərək 1,8409 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası ötən günlə müqayisədə 0,4% azalaraq 0,0251 manat səviyyəsinə düşüb.

Türkiyə lirəsinin məzənnəsi 0,11% azalaraq 0,5490 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1695 manatdır. Beləliklə, funt sterlinq 0,3%-lik bahalaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,08% azalaraq 0,7089 manat təşkil edib.

Xəbər lenti
0